“Qardaşlar Mebel” QSC şirkətinə Anbardar köməkçisi Vakansiyası
İstehsalat sahəsində fəaliyyət göstərən şirkətimiz komandamıza peşəkar və məsuliyyətli Anbardar köməkçisi dəvət edir.
Vəzifə öhdəlikləri:
- Anbara daxil olan malların qəbulunda iştirak etmək;
- Malların sayının və çeşidinin yoxlanılması;
- Qəbul edilmiş malların anbar üzrə düzgün yerləşdirilməsinə kömək etmək;
- Malların hərəkətinin izlənilməsi;
- ERP sistemində malların qəbulu və müvafiq qeydlərin aparılması;
- Anbar sənədlərinin düzgün və vaxtında rəsmiləşdirilməsində iştirak etmək;
- Anbarda səliqə-sahmanın və nizam-intizamın qorunmasına nəzarət etmək;
- Anbardarın tapşırıqlarını vaxtında və düzgün yerinə yetirmək
Namizədə Tələblər:
- Anbar işləri üzrə təcrübə arzuolunandır;
- ERP sistemləri ilə işləmək bacarığı üstünlükdür;
- Diqqətli, məsuliyyətli və operativ olmaq;
- Komandada işləmək bacarığı;
İş şəraiti
- İş qrafiki: Həftədə 6 iş günü;
- Həftəlik iş vaxtı Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq 40 saatı keçməyəcək;
- Əmək haqqı namizədin bilik, bacarıq və iş təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək;
- Rəsmi əmək müqaviləsi;
- Stabil iş mühiti və peşəkar inkişaf imkanı.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Əlaqə nömrəsi: (+994) 77494-24-22 İlkin bəy