CNC Proqramçı

  • Истекает 6 август 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

“Qardaşlar Mebel” QSC şirkətinə CNC Proqramçı (ArtCAM / AlphaCAM) Vakansiyası

İstehsalat sahəsində fəaliyyət göstərən şirkətimiz komandamıza peşəkar və məsuliyyətli CNC Proqramçı dəvət edir.

Vəzifə öhdəlikləri

  • CNC dəzgahları üçün proqramların hazırlanması və optimallaşdırılması;
  • Layihələrin 3D  MODELLƏŞDİRMƏ BACARIĞI, ArtCAMAlphaCAM proqramlarında hazırlanması;
  • Texniki çertyoj və eskizlər əsasında emal proqramlarının yazılması;
  • İstehsalat prosesinin izlənilməsi və yaranan texniki problemlərin operativ həlli;
  • Material sərfiyyatının və emal vaxtının optimallaşdırılması;
  • Hazırlanan proqramların keyfiyyət və təhlükəsizlik tələblərinə uyğunluğunun təmin edilməsi.

Namizədə tələblər

  • CNC proqramlaşdırılması sahəsində minimum 5 il iş təcrübəsi;
  • 3D modelləşdirmə proqramları ilə işləmək, ArtCAMAlphaCAM proqramlarını sərbəst səviyyədə bilmək;
  • Texniki çertyojları oxuma və ölçülərlə işləmək bacarığı;
  • CNC emal texnologiyaları haqqında bilik;
  • Məsuliyyətli, intizamlı və nəticəyönümlü olmaq;
  • Komandada işləmək və iş prosesini düzgün planlaşdırmaq bacarığı.

İş şəraiti

  • İş qrafiki: Həftədə 6 iş günü;
  • Həftəlik iş vaxtı Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq 40 saatı keçməyəcək;
  • Əmək haqqı namizədin bilik, bacarıq və iş təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək;
  • Rəsmi əmək müqaviləsi;
  • Stabil iş mühiti və peşəkar inkişaf imkanı.

Vakansiyaya müraciət üçün Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV göndərməyiniz xahiş olunur.

  • Daily31
  • Weekly514
  • Monthly1578