Gardashlar Mebel Gardashlar Mebel

Memar

  • Истекает 23 февраль 2026
  • Memar
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Memar

  • Истекает 23 февраль 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İşin təsviri:

  • İnşa olunan obyektlərin kompleks layihələrinin konseptinin işlənib hazırlanmasında iştirak etmək;
  • Layihələrin və baş planların lazımı düzəlişlərinin Azərbaycan Respublikası qanunvericiliyin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcədə əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun işləyib hazırlamaq.
  • Dizayner və digər aidiyyəti şəxslərlə mütəmadi olaraq qarşılıqlı işləmək bacarığı.
  • Müvafiq proqram təminatı vasitəsilə inşa olunan obyektin vizual dizayn konsepsiyasını hazırlamaq.
  • Layihənin vizualizasiyası zamanı tikinti prosesində eksteryer və interyerdə istifadə ediləcək materialları və onların ölçülərini nəzərə almaq, onların texniki şərtnaməsini və spesifikasiyalarını hazırlamaq;
  • İnşaat materiallarını tanımaq və onların inşaat normalarına uyğun istifadə qaydalarını bilmək və tətbiq etmək.
  • Memar – dizayn layihələrini oxuya bilmək və iş paketlərinin hazırlanmasını bacarmaq;
  • Layihə işlərinin müəyyən olunmuş vaxtda yerinə yetirilməsinə riayət edilməsinə, keyfiyyət və səmərəlilik göstəricilərinin artırılmasına, eləcə də qəbul olunmuş layihə tapşırıqlarının layihələndirmə və tikinti üzrə qüvvədə olan normativ materiallara uyğunluğunu təmin etmək;
  • Obyektlərdə ölçmə işlərinin aparılması və elektron formata yığılması;
  • Eskiz və işçi layihələrin hazirlanması;

Tələblər:

  • Memarlıq və dizayn sahəsində ali təhsil.
  • Memarlıq sahəsində ən azı 3 il iş təcrübəsi.
  • ArchiCad və AutoCad proqramlarında yüksək işləmə bacarığı.
  • Layihələndirmə bacarıqları - layihələrin eskizlərini, planlarını və 3D modellərini hazırlamaq bacarığı.
  • Punktual və məsuliyyətli olması;
  • Komanda ilə işləmək bacarığı;
  • Bina və qurğuları konstruktiv və planlı həllinin işlənməsi qaydalarını bilməlidir;

İş şəraiti:

  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun təyin ediləcək.
  • İş qrafiki: 6 günlük, Bazar günü istirahət günüdür.
  • İş yeri: Bakı ş., Həsən Əliyev 12A

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Memar” yazaraq Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq

  • Daily3
  • Weekly507
  • Monthly1939