İstehsalat sahəsində fəaliyyət göstərən şirkətimiz komandamıza peşəkar və məsuliyyətli PVC Operatoru dəvət edir.
Vəzifə öhdəlikləri:
- PVC istehsal avadanlıqlarının idarə olunması;
- İstehsal prosesinin texnoloji tələblərə uyğun aparılması;
- Avadanlığın düzgün və təhlükəsiz istismarına nəzarət;
- Hazır məhsulun keyfiyyətinin yoxlanılması;
Namizədə tələblər
- Oval PVC ilə işləmə üzrə praktiki bacarıq və iş təcrübəsi;
- PVC istehsal avadanlıqlarını idarə etmək bacarığı;
- Avadanlığın iş prinsipini və əsas texniki parametrlərini bilməsi;
- İstehsal prosesinə nəzarət etmək və texnoloji rejimə riayət etmək;
- Məhsulun keyfiyyətini vizual və texniki göstəricilər üzrə yoxlamaq;
- PVC məhsullarında yaranan qüsurları müəyyən edə bilmək;
İş şəraiti
- İş qrafiki: Həftədə 6 iş günü;
- Həftəlik iş vaxtı Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq 40 saatı keçməyəcək;
- Əmək haqqı namizədin bilik, bacarıq və iş təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək;
- Rəsmi əmək müqaviləsi;
- Stabil iş mühiti və peşəkar inkişaf imkanı.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.