Gashaltı Health Hotel Naftalan Gashaltı Health Hotel Naftalan
  • 256

Gashaltı Health Hotel Naftalan

Hotels, Restaurants & Leisure

F&B Manager/ Qida və içki üzrə menecer

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

F&B Manager/ Qida və içki üzrə menecer

  • Deadline 24 August 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Şöbə: F&B/İaşə

İş yeri: Naftalan Hotel Gashaltı Hotel Naftalan

Vəzifə öhdəlikləri: 

  • Şöbənin idarə olunması və ümumi rəhbərliyin həyata keçirilməsi, tabeliyində olan əməkdaşlar arasında müvafiq vəzifə təlimatlarına uyğun olaraq iş bölgüsünün aparılması;
  • Qida və içki xidmatlərinin yüksək səviyyədə təmin edilməsi üzrə nəzarətin aparılması;
  • İaşə departamentinə aid anbarın mütəmadi şəkildə  kontrol edilməsi;
  • Gündəlik əməliyyatların (kassa) idarə edilməsi;
  • Mövcut menyu haqqında təlimlər zamanı şöbə əməkdaşlarına məlumatın verilməsi (porsiyalar, içindəki maddələr və tərkinlər haqqda);
  • Hotelin qonaqpərvərlik standartlarına riayət etməklə, müştəri məmnuniyyətinin qorunması üçün müxtəlif təlimlərin keçirilməsi;
  • Qonaqların özəl qida, içki ehtiyaclarını və istəklərinin həyata keçirilməsini təşkil edilməsi;
  • Hoteldə digər şöbələrlə mütəmadi olaraq əlaqələrin yaradılması və qonaqlarla bağlı məlumatların yoxlanılması;
  • Əməkdaşların hotelin standartlarına uyğun çalışmağına nəzarətin edilməsi;
  • Mütamadi olaraq toplantıların və inkişaf etdirici təlimlərin keçirilməsi;
  • Əksik və bitmiş məhsulların istifadəsini, sifarişini, satın almasını və təmirini həyata keçirilməsini təşkil edilməsi;
  • İaşə departamenti üçün nəzərdə tutulmuş büdcə daxilində işləmək;
  • Hotelin ümumi əraziləri  və xidmətləri barəsində yüksək dərəcədə məlumatın olması;
  • Baş tutacaq tədbirlər haqda qabağlayıcı məlumatların əldə edilməsi və bu barədə işçilərin məlumatlandırılması;
  • Tədbir üçün nəzərdə tutulmuş məkanların hazırlanması və kontrol edilməsi;
  • Mütamadi olaraq hesabatların və sənədlərin hazırlanmasını hayata keçirmək;
  • Öz səlahiyyətləri daxilində rəhbərlik tərəfindən verilən digər göstərişlərin icra olunmasının təmin edilməsi;
  • Baş verən ciddi iş pozuntusu və təhlükəli vəziyyəti rəhbərliyə məlumat verilməsi;
  • Proseduraların və işlərin qiymətləndirilməsi;
  • İş geyiminə riayyət etmək və departament əməkdaşlarından eyni diqqəti tələb etmək;
  • İaşə departamenti kompyuter sisteminin bütün aspektlərini, o cümlədən proqram təminatlarını, hesabat tərtibini, təhlilini və sadə konfiqurasiya dəyişikliklərini idarə edilməsi;
  • Qida və içki sifarişlərinin planlaşdırılması, proqnozlaşdırılması və icra edilməsi;
  • Müştərilərin xoş qarşılanmasına nəzarətin edilməsi;
  • İaşə departamenti əməkdaşlarının gigiyenik qaydalarına riayyət olunmasına nəzarətin edilməsi;
  • Şöbədə həftəlik iş qrafiklərinin hazırlanmasına və yerləşdirilməsinə nəzarət etmək, onların biznes ehtiyaclarını və digər əsas fəaliyyət göstəricilərini əks etdirdiyinə əmin olmaq.

Tələb olunan bacarıqlar:

  • Müvafiq sahə üzrə ali təhsil.
  • Müvafiq vəzifədə ən azı 5 il iş təcrübəsi.
  • Peşəkar, işgüzar görünüş və təqdimat;
  • Problemləri həll etmə bacarığı;
  • Əla təşkilatçılıq və inzibati bacarıqlar;
  • Kompüter bilikləri: MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə;
  • Dil bilikləri: Azərbaycan dili və rus dili – sərbəst, ingilis dili – yaxşı səviyyədə.

İş şəraiti: 

  • 5 günlük iş qrafiki;
  • İş saatları: 09:00-18:00 (Şənbə və bazar istirahət günü
  • Könüllü tibbi sığorta (işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası) təmin edilir;
  • Əməkdaş yaşayış yeri və gündə üç dəfə qidalanma ilə təmin edilir;
  • İş yeri: Naftalan şəhəri, Gashaltı Health Hotel Naftalan

Uyğun namizədlər, CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına yönləndirməyiniz xahiş olunur.

  • Daily0
  • Weekly0
  • Monthly2299