Vəzifə öhdəlikləri:
- Korporativ müştərilərlə uzunmüddətli əlaqələr qurmaq və iri miqyaslı müqavilələr bağlamaq bacarığı.
- Aktiv satış texnikalarından istafadə etmə bacarığı və müştərilərlə müqavilənin imzalanmasından başlayaraq onun icrasına qədər prosesi idarə etmək bacarığı.
- Qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün strateji planlaşdırma və iş prosesinin təşkili üzrə bacarıqlara malik olmalı.
- Səlis yazılı və şifahi nitq bacarığı, Power Point və digər alətlərdən istifadə etməklə prezentasiyaların ictimaiyyətə təqdim etmə bacarığı.
- Müştəri qarşısında öhdəliklərin (istehsalat, logistika, maliyyə şöbələri) yüksək keyfiyyətlə yerinə yetirilməsini təmin etmək üçün şirkətin daxili şöbələri ilə qarşılıqlı əlaqə qurmaq bacarığı.
- Mövcud müştərilər ilə əlaqələri qoruyub saxlamaq, mütəmadi olaraq onlarla ünsiyyətdə olmaq və müştəri məmnuniyyətini saxlanılması.
- Mövcud bazarın və rəqiblərin araşdırılması, satışın artırılması imkanlarını müəyyən etmə bacarığı.
- KPI-lara nail olmaq əzmi, uzunmüddətli nəticələr üçün motivasiyalı olmaq və şirkətin bazar payının artırılması.
- Yeni potensial müştərilərin araşdırılması, onların əməkdaşlığa cəlb edilməsi və müştəri bazasının artırılması.
- Məhsulların kanallar üzrə paylanmasına nəzarət etmək.
- İllik büdcənin hazırlanması, təsdiqlənməsi və nəzarət edilməsi.
- Qarşıya qoyulan hədəflərə yönəlmiş fəaliyyət göstərməsi.
- Potensial müştərilərlə qiymət təkliflərinin razılaşdırılması.
- Korporativ satışın icrası üçün lazımi müqavilə və sənədlər toplusunun hazırlanması.
Tələblər:
- Biznes, satış və ya əlaqədar sahə üzrə ali təhsil
- Korporativ satış sahəsində minimum 2 il iş təcrübəsi
- Yüksək kommunikasiya və müzakirə aparma bacarığı
- Korporativ müştərilər ilə işləmə təcrübəsi və geniş bazar bilikləri
- Rus və ingilis (upper-Intermediate) dillərini bilmək üstünlükdür
Biz nə təklif edirik:
- Dinamik və peşəkar iş mühiti
- İnkişaf və karyera yüksəlişi imkanları
- Əmək haqqı: Razılaşma yolu ilə
- Bonus sistemi: Uğurlu satışlar və performansa görə əlavə bonuslar
- İş rejimi: 5 günlük iş qrafiki 08.00-17.00
- Nahar təminatı, B2B/B2G görüşlərlə bağlı nəqliyyat və danışıq xərcləri qarşılanır
- Məzuniyyət: Qanunvericiliyə uyğun ödənişli məzuniyyət
- Ofis- Şüvəlan qəs., Almaz Yıldırım 4.
Öz CV-ni elektron poçt ünvanına göndər və komandamıza qoşul!