İşin öhdəlikləri:
- GPS avadanlığın quraşdırılması üçün satış komandası tərəfindən təyin olunmuş Müştərilərin sənədlərini toplamaq (Fiziki şəxs olduqda - şəxsiyyət vəsiqəsini, avtomobilin qeydiyyat şəhadətnaməsini, etibarnaməsini və sair hüquqi tələb olunan sənədlər. Hüquqi şəxs olduqda – VOEN, bank rekvizitləri və və sair hüquqi tələb olunan sənədlər)
- Sadalanan sənədləri şirkətin buludunda (One Drive) hər bir Müştəriyə onun adı soyadı və ya şirkətin adı ilə qovluq yaradaraq həmin qovluqlara yerlşərdirmək
- Hazırlanmış müqavilə nümunələrinə müştərilərin fərdi məlumatlarını daxil edərək onunla şirkət arasında müqavilə bağlanmasını təmin etmək. İmzalanmış müqavilələri Müştərinin adına açılmış şirkətin buludunda (One Drive)-a yerləşdirmək
- Müqavilə olmadan Müştərilərin əmlakına GPS quraşdırılması qəti yol verilməzdir.
- Müştərilər ilə razılaşdıraraq əmlaklarına GPS quraşdırılması üçün yeri (məkanı), günü və vaxtı təyin edərək Qeydiyyat Jurnalında aparmaq
- GPS quraşdırılmasını təmin etmək məqsədilə müştərinin əlaqə nömrəsini, quraşdırılacaq GPS avadanlığın marka və modelini və müştəri ilə razılaşdırılmış digər akessuarları, avadanlıqların məlumatlarını Texniki xidmət üzrə Mütəxəssisinə ötürmək
- Texniki xidmət üzrə Mütəxəssislərin vaxtlı-vaxtında Müştərinin əmlakına sözügedən GPS avadanlığının və sair aksessuarların quraşdırılmasını təmin etmək
- Texniki xidmət üzrə Mütəxəssislərin işlərin dolğun, dəqiq və səliqəli görülməsini təmin edərək nəzarətdə saxlamaq
- Ona təhkim olunmuş telefon və whatsapp üzərindən daxil olan müştəri sorğularının cavablandmasını təmin etmək. Zənglərə və sorğulara vaxtlı-vaxtlında cavab vermək. Sorğu Texniki Dəstək komandasına aid olduğu halda onlara dərhal yazılı şirkət emaili tərəfindən problemi tam izah edərək məlumatı ötürmək
- Anbarda stok səviyyələrinə nəzarət etmək, daxil olan və çıxan materialların qeydiyyatını aparmaq
- Anbara daxil olan yüklərin qəbulu, çeşidlənməsi və sistemli şəkildə yerləşdirilməsini təmin etmək;
- Stok hərəkətlərinin inventar idarəetmə sistemi (SRMS – təlimi keçiriləcəkdir) vasitəsilə düzgün qeyd olunmasını təmin etmək;
Tələblər:
- Təhsil : Ali
- İş təcrübəsi : 3 ildən 5 ilə qədər
- Kompüter biliyi: 1C
- Yaxşı analitik və ünsiyyət bacarıqları, danışıqların aparılma bacarıqları;
- 25-40 yaş aralığı;
- İş qrafiki: 5 günlük, 09:00-18:00
Əmək haqqı: razılaşma yolu ilə
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.