Gemini Global MMC şirkətinə ingilis dilindən Azərbaycan dilinə yazılı tərcümə edə bilən tərcüməçi tələb olunur.
Vəzifə öhdəlikləri
- İngilis dilində olan sənədlərin Azərbaycan dilinə tərcüməsi;
- Tərcümələrin düzgün, səlis və keyfiyyətli hazırlanması;
- Sənədlərlə və müvafiq terminologiya ilə işləmək.
Namizədə tələblər
- İngilis və Azərbaycan dillərini yüksək səviyyədə bilmək;
- Yazılı tərcümə bacarığı;
- Səliqəli və məsuliyyətli olmaq;
- Sənədlərlə işləmə bacarığı.
İş şərtləri
- İş qrafiki: 5/7, 09:00–18:00
- İş formatı: Hibrid
- Əmək haqqı: 800 AZN
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Əlaqə: 050 205 05 81