Vəzifə öhdəlikləri:
- Neft-qaz layihələri üzrə kommersiya proseslərinin idarə olunması
- Müştərilərdən daxil olan sorğuların (RFQ) təhlili və kommersiya təkliflərinin hazırlanması
- Tender sənədlərinin hazırlanması və tender prosesində iştirak
- Satınalma, satış və logistika komandaları ilə koordinasiyalı işləmək
- Müqavilələrin hazırlanması, razılaşdırılması və icrasına nəzarət
- Qiymət təhlili, marja hesablanması və kommersiya risklərinin qiymətləndirilməsi
- Podratçı və təchizatçılarla yazışmaların aparılması, qiymət danışıqları
- Aylıq/kvartallıq hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması
- Layihələr üzrə ödəniş və sənədləşmə proseslərinə nəzarət
Namizədə tələblər:
- Ali təhsil (İqtisadiyyat, Biznesin idarə edilməsi, Maliyyə, Menecment və s.)
- Neft-qaz sahəsində minimum 2–3 il kommersiya təcrübəsi (vacibdir)
- Tender və müqavilə proseslərində real iş təcrübəsi
- Azərbaycan dili, İngilis dili, Rus dili sərbəst
- Analitik düşüncə, diqqətlilik və məsuliyyətlilik
- Danışıqlar aparmaq və yazışma bacarıqları
- EPC/Construction/Mechanical layihələrində təcrübə
- SAP / 1C / ERP sistemləri ilə işləmə təcrübəsi
- Neft-qaz şirkətləri ilə iş təcrübəsi
Maraqlanan namizədlər mövzu yerində “Kommersiya mütəxəssisi” yazmaqla öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Tələblərə uyğun olmayan müraciətlər nəzərdən keçirilməyəcəklər.