Vəzifə öhdəlikləri:
- Şirkət ərazisində və obyektlərdə nizam-intizamın təmin edilməsi, giriş-çıxışların nəzarətdə saxlanılması;
- İşçilər, qonaqlar və əmlakın təhlükəsizliyinin qorunması;
- Patrul xidməti və obyektin müntəzəm yoxlanışı;
- Təhlükəsizlik kameraları və digər avadanlıqların iş vəziyyətinə nəzarət;
- Fövqəladə hallarda operativ reaksiya göstərmək və lazımi tədbirlər görmək;
- Hadisə, qəza və ya şübhəli hallar barədə dərhal hesabat vermək;
- Təhlükəsizlik qaydalarına uyğun işçiləri məlumatlandırmaq və onları yönləndirmək;
Namizədə tələblər:
- Minimum 2-3 il mühafizə sahəsində iş təcrübəsi;
- Fiziki cəhətdən sağlam və çevik olmaq;
- Fövqəladə hallarda sakit və operativ qərar qəbul etmək bacarığı;
- Komanda şəklində işləmə və insanlarla ünsiyyət bacarığı;
- Təhlükəsizlik standartları və prosedurlarını bilmək;
Maraqlanan namizədlər mövzu yerində “Mühafizəçi” yazmaqla öz CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Tələblərə uyğun olmayan müraciətlər nəzərdən keçirilməyəcəklər.