Mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mühasib

  • Deadline 20 December 2024
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əsas vəzifələri:

  • Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət etmək
  • Müqavilələrdə ödəniş şərtlərinin yoxlanılması, bank ödənişlərinin həyata keçirilmək
  •  Uçot sənədlərinin qanunvericiliyə uyğun formada tərtib edilməsinə nəzarət etmək və uçotun Şirkətin vergi siyasətinə uyğunluğunu təmin etmək;
  • Daxil olan pul vəsaitlərinin, əmtəə-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını,məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini təşkil etmək
  • Maliyyə, hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunu təşkil etmək
  • Əmək haqqının ödənilməsi hesabları, vergi ödəmələr, dövlət sosial sığorta haqqı, kapital qoyuluşu vəsaitləri tərtib etmək
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, vəzifə maaşlarının təyin edilməsinin, pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının, mühasibat uçotu və hesabatının təşkilinin yoxlanılması və müəssisənin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə nəzarət etmək
  • Pul vəsaitləri və əmtəə-material qiymətlilərinin çatışmazlıqları və mənimsənilməsi haqqında sənədlərin tərtibində iştirak edir, lazımi hallarda müvafiq işlərin hüquq-mühafizə orqanlarına verilməsinə nəzarət etmək
  • Aylıq, rüblük, illik hesabatları (vergi, sosial sığorta, statistika, məşğulluq və s.) hazırlamaq və aidiyyəti üzrə təqdim etmək
  • Mühasibat sənədlərinin tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət etmək
  • Aylıq Mənfəət və gəlir hesabatının yoxlamaq, Maliyyə direktoruna təqdim etmək
  • Dövriyyə qalıq cədvəlinin hesablar üzrə yoxlamaq, uyğun sənədlərin üzləşdirilmək
  • Yerli və xairici ödənişlərin həyəta keçirilmək
  • Avans ödənişləri və onların YGB ilə bəyan etmək
  • Xarici şirkətlərlə üzləşmələrin aparmaq

Namizədə tələblər:

  • Ali Təhsil - mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə 
  • Vergi qanunvericiliyi və Mühasibat uçotunun milli və beynəlxalq standartları və təcrübəyə malik olmaq
  • Mühasibatlıq sahəsində ən azı 3 il iş təcrübəsi
  • ACCA, CIMA, CFA üzrə sertifikatları olan namizədlərə üstünlük veriləcək
  • Azərbaycan dili - əla səviyyədə, rus və ingilis dilləri - yaxşı səviyyədə bilən namizədlərə üstünlük veriləcək
  • Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti
  • Komanda ilə işləmə bacarığının olması
  • Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq
  • ERP proqramlarında təcrübəli olanlara üstünlük veriləcəkdir.

Büdcə:

  • Müsahibə əsnasında təyin olunur.

Maraqlanan namizədlər mövzu yerində “Mühasib” yazmaqla öz CV-lərin elektron poçt ünvanına göndərə bilərlər. Mövzu olmayan müraciətlər nəzərdən keçirilməyəcəklər. Yalnız uğurlu namizədlər mühasibəyə dəvət olunacaqlar.

  • Daily0
  • Weekly253
  • Monthly1930