İş barədə məlumatlar
- İşin təsviri: Şirkətə aid nəqliyyat vasitəsinin idarə edilməsi
- Şəhər: Bakı
- Yaş: 40-55 yaş
- Həftəlik iş günləri: 6 gün (növbəli iş rejimi,həftədə 1 gün istirahət)
- İş günləri: 09.00-18.00 (işə görə dəyişə bilər)
- İş yeri: Bakı, Koroglu metrosu yaxınlığı
- Naharla təminat: Şirkət tərəfindən
- Cins: Kişi
- Təhsil: Böyük şirkətlərdə işləmiş (BP, Sclumberger və s.), təhlükəsiz sürmə, Sətəm qaydaları kimi təlimlərdə iştirak etmiş, səliqəli geyinməyi bacaran, yaxşı danışıq qabiliyyəti olan namizədlərə üstünlük verilir.
- Sosial Paketlər: Könüllü tibbi siğorta, Nəticələrə görə bonus,
- Mobil danışıq, Nahar və s.
- Dil bilikləri: Rus dili və İngilis dili (üstünlük təşkil edir)
- İş təcrübəsi: 5 ildən çox
- Əmək haqqı: 600-900 AZN
Tələblər:
- Şöbənin təqdim etdiyi sifarişlərə əsasən, avtonəqliyyat vasitəsinin fasiləsiz, qəzasız, yüksək səmərəli işini, düzgün texniki istismarını həyata keçirmək.
- Avtonəqliyyat vasitəsinin təmir və profilaktik işlərinin aparılması ilə bilavasitə məşğul olmaq;
- Avtonəqliyyat vasitəsinin gündəlik işə hazırlanmasını, onun ayrı-ayrı hissə və qovşaqlarının baxışını həyata keçirmək; nasazlıqların vaxtında aradan qaldırılması üçün yoxlamalar keçirmək, aşkar olunmuş nasazlıqları vaxtında bilavasitə aradan qaldırmaq və ya aradan qaldırılmasını təmin etmək;
- Avtonəqliyyat vasitəsinin cari və profilaktik təmirinin, istismar şərtləri ilə nəzərdə tutulmuş texniki baxışlarının keçirilməsini təmin etmək;
- İstifadə etdiyi avtonəqliyyat vasitəsinin təmiri üzrə işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə bilavasitə nəzarət etmək;
- İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatların, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət etmək;
- Əsaslı və/və ya cari təmirdən/profilaktik işlərdən çıxmış avtonəqliyyat vasitəsinin qəbulunda bilavasitə iştirak etmək;
- İstifadə etdiyi avtonəqliyyat vasitəsinin iş rejimini və xüsusi iş şərtlərini bilmək, onun bu rejim üzrə istismarına və texniki xidmətlərinə daim hazır olmaq;
- İstifadə etdiyi avtonəqliyyat vasitəsi üçün ehtiyat hissələrinin alınmasına sifarişlər, təmir işləri ilə əlaqədar texniki sənədləri, iş haqqında hesabatlar tərtib etmək; avtonəqliyyat vasitəsinin zəruri ehtiyat hissələri ilə vaxtında təmin olunmasına nail olmaq;
- İstifadə etdiyi avtonəqliyyat vasitəsinin sıradan çıxdığı hallarda müvafiq aktların, digər sənədlərin tərtibatında və imzalanmasında iştirak etmək.
- İstifadə etdiyi avtonəqliyyat vasitəsi üçün vaxtında Şirkətin təsdiq etdiyi formada yol vərəqələrini, habelə yanacaq alınması üçün kartları əldə etmək və təhvil vermək.
- İstifadə etdiyi avtonəqliyyat vasitəsinin spidometrinin göstəricilərini müntəzəm olaraq yoxlamaq və qeyd etmək, bu göstəricilərin verilmiş yol vərəqəsinə və yanacaq-sürtkü materiallarının sərfinə uyğunluğunu təmin etmək.
- Əmək və istehsal intizamının, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarına riayət etmək.
- Şirkətə gələn qonaqların qarşılanması, yola salınması, sənədlərin çatdırılması, başqa ünvanlardan sənədlərin alınıb şirkətə çatdırılması, müştərilərə məhsulları çatdırılması, təhvil verilməsi proseslərini həyata keçirmək.
Maraqlanan namizədlər mövzu yerində “Sürücü” yazmaqla öz CV-lərini elektron poçt ünvanına göndərə bilərlər. Mövzu olmayan müraciətlər nəzərdən keçirilməyəcəklər. Yalnız uğurlu namizədlər mühasibəyə dəvət olunacaqlar.