General Supply General Supply
  • 282

QHSE Specialist

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

QHSE Specialist

  • Истекает 15 ноябрь 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Təhlükəsizlik və keyfiyyətə önəm verən, ISO standartları üzrə güclü biliklərə malik və əməliyyat sahəsində təcrübəli bir QHSE Mütəxəssisi axtarırıq!
Vəzifə öhdəlikləri:

  • ISO 9001, ISO 14001 və ISO 45001 standartlarına uyğun QHSE sistemlərinin qurulması və təkmilləşdirilməsi;
  • QHSE idarəetmə sisteminə uyğun qeydlərin aparılması və saxlanılması;
  • Prosedurların hazırlanması və onların tətbiqinin təmin edilməsi;
  • Daxili auditlərin aparılması, xarici auditlərdə iştirak;
  • Uyğunsuzluqların (NCR) qeydiyyatı, izlənməsi və bağlanmasının təmin olunması;
  • HSE maarifləndirməsinin təşkili (təlimlər, təqdimatlar və s.)
  • Daxili yoxlamalar və nəticələrin izlənməsi;
  • Risk qiymətləndirmələrinin aparılması;
  • Keyfiyyət hesabatlarının hazırlanması və təkmilləşdirmə təkliflərinin verilməsi;
  • Ofis və sahə üzrə HSE yoxlamalarının aparılması;
  • HSE hadisələrinin araşdırılması və hesabatların hazırlanması;
  • Qanunvericiliyə və şirkət prosedurlarına uyğunluğun təmin edilməsi;
  • Təhlükəsizlik və ətraf mühit üzrə tədbirlərin həyata keçirilməsinə nəzarət;

Namizəddən Tələblər:

  • Aidiyyəti sahədə bakalavr dərəcəsi
  • QHSE sahəsində 3 ildən yuxarı təcrübə;
  • İngilis dili biliyi (Rus dili üstünlükdür);
  • ISO 9001, ISO 14001, ISO 45001 üzrə daxili auditor sertifikatı;
  • IOSH, NEBOSH kimi HSE ixtisas sertifikatları;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Yüksək təşkilatçılıq bacarığı;
  • Yazılı və şifahi ünsiyyət bacarığı;
  • İş yükünü prioritetləşdirmək bacarığı;
  • Komandada işləmə bacarığı;

Biz təklif edirik:

  • Seçim əsasında iş qrafiki: Bazar ertəsi – Cümə, saat 09:00 – 18:00 və ya 08:00 – 17:00
  • Şəhərin mərkəzində yerləşən komfortlu ofis
  • Gənc və mehriban kollektiv
  • Tibbi sığorta ilə təmin olunma
  • Korporativ mobil nömrə
  • Əmək haqqı: Razılaşma yolu ilə

Maraqlanan namizədlərdən mövzu hissəsində “QHSE Specialist” yazmaqla CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.

  • Daily25
  • Weekly575
  • Monthly2128