İş barədə məlumat:
- Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması
- Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili
- Şirkətin ümumi siyasətinə uyğun olaraq satışın həyata keçirilməsi, plan və proqramların icrası, təhlili və hesabatların təqdim edilməsi
Tələblər:
- Yaş: 22–35 / xanım və bəy namizədlər
- Satış sahəsində 2–3 il iş təcrübəsi
- Azərbaycan və rus dillərində səlis danışıq
- Satış sahəsi üzrə nəzəri və praktiki biliklər
- Müştərilərlə işləmək bacarığı
- Təqdimat bacarığı
- Səliqəli xarici görünüş, nəzakətli danışıq, ünsiyyətcil, yüksək nitq qabiliyyəti, dəqiq, intizamlı və məsuliyyətli olmaq
- Komandada işləmək bacarığı, işinə həvəsli və yeniliklərə açıq olmaq
İş şəraiti
- İş rejimi: Tam iş günü
- İş saatı: 09:00 – 18:00
- İş yeri: Nərimanov rayonu, Əhməd Rəcəbli 185
- Əmək haqqı: 600 – 800 AZN (namizədin təcrübəsinə uyğun olaraq dəyişə bilər) + satış nəticələrinə əsaslanan bonus sistemi
- Əlavələr: Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmi qeydiyyat
- Nəqliyyat və telefon xərcləri şirkət tərəfindən qarşılanır
CV göndərməzdən əvvəl vəzifə öhdəliklərini diqqətlə oxumağınız xahiş olunur. Tələblərə uyğun namizədlər CV-lərini “Satış üzrə mütəxəssis” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər