İş barədə məlumat:
- Tender prosesində şirkətin təmsil olunması;
- Dövlət və Kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlerin müəyyən edilməsi
- Tələb olunan sənədlər toplusunun əldə olunması, dövlət orqanlarında təsdiqlənməsi və operativ şəkildə hazırlanması;
- Tender təkliflərinin qeydiyyatının aparılması və onların saxlanılması;
- Bazar qiymətlərinin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
- Tenderin nəticəsinə uyğun olaraq növbəti mərhələlər üzrə müqavilə və digər sənədləşmələri həyata keçirtmək;
- İştirak edilən tenderlər haqqınbda dövrü hesabatlar hazırlamaq;
- Müxtəlif platformalar üzrə tenderlərin izlənməsi və təhlilinin aparılması;
- Tender tələblərinin təhlil edilməsi və rəhbərliyə çatdırılması;
- Rəhbərliyin verdiyi tapşırıqları düzgün və vaxtında yerinə yetirmək.
Namizədə tələblər:
- Ali təhsil;
- Cinsi: (xanım, bəy)
- Yaş məhdudiyyəti: 22-30
- Müvafiq sahə üzrə 1 ildən yuxarı iş təcrübəsi;
- E-tender portalında işləmə bacarığı – müvafiq sahə üzrə iş təcrübəsi;
- E-taxes online kargüzarlıq sistemində işləmə bacarığı;
- İngilis və rus dilləri (ikisindən birini bilmək mütləqdir);
- Software bacarıqlarının olması;
- Ünsiyyət qurma, fikrini səlis izah edə bilmə qabiliyyəti
- MS Office proqramlarından sərbəst istifadə bacarığı;
- İntizamlılıq, punktuallıq,komandada işləmə bacarığı
- İşinə ciddi yanaşmalı, məsuliyyətli olmalı
İş şəraiti:
- İş vaxtı 09:00 – 18:00 (6 günlük iş həftəsi)
- İstirahət: Bazar günü.
- Əmək haqqı: 600 AZN (təcrübəyə görə)
- İşçilər Azərbaycan Respublikası Məcəlləsinə əsasən sənədləşdirilir.
- İş yeri: Nərimanov rayonu, Əhməd Rəcəbli küç. 185
Əlaqə: Qeyd olunmuş şərtlərə uyğun olan namizədlər öz CV-lərini Müraciət Et butonunda qeyd olunan e-maile göndərə bilərlər.