İş barədə məlumat
- GeoProbe MMC geotexniki tədqiqat, mühəndis-geoloji araşdırmalar, geodeziya və laborator xidmətləri sahəsində fəaliyyət göstərən mühəndislik şirkətidir. Layihələrin planlaşdırılması, vaxtında və keyfiyyətlə icrasının təmin edilməsi, layihənin bütün mərhələlərində koordinasiyanın həyata keçirilməsi və müştərilərlə operativ əlaqələrin idarə olunması üçün Gömrük və logistika işləri üzrə mütəxəssis axtarırıq.
Namizədə dair tələblər
- Gömrük, logistika, nəqliyyat, iqtisadiyyat, biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil;
- Gömrük və logistika sahəsində minimum 2 il iş təcrübəsi;
- İdxal, ixrac və tranzit əməliyyatlarının təşkili, gömrük rəsmiləşdirilməsi və müvafiq sənədlərin hazırlanması üzrə praktiki təcrübə;
- Gömrük bəyannamələri, sertifikatlar, lisenziyalar, icazələr və digər gömrük sənədləri ilə işləmək bacarığı, müvafiq qanunvericilik və normativ tələblər barədə məlumatlılıq;
- Nəqliyyat marşrutlarının müəyyənləşdirilməsi, nəqliyyat vasitələrinin seçilməsi, logistika xərclərinin hesablanması və logistika proseslərinin optimallaşdırılması üzrə bilik və bacarıqlar;
- Gömrük orqanları, brokerlər, nəqliyyat şirkətləri, təchizatçılar və digər tərəfdaşlarla effektiv əməkdaşlıq və ünsiyyət qurmaq bacarığı;
- MS Office, xüsusilə MS Excel proqramlarını yaxşı səviyyədə bilmək; Azərbaycan dilində əla, ingilis və rus dillərində texniki oxu və yazı bacarığı;
- Analitik düşüncə, dəqiqlik, məsuliyyətlilik, nəticəyönümlülük, təşəbbüskarlıq, komandada işləmək və dinamik/stressli iş mühitinə uyğunlaşmaq bacarığı.
Vəzifə öhdəlikləri
- Logistik sxemlərin tətbiqi və inkişafını təmin etmək, mövcud logistika proseslərini optimallaşdırmaq, nəqliyyat xərclərini hesablamaq və optimal daşınma marşrutlarını müəyyənləşdirmək;
- Nəqliyyat vasitələrinin seçilməsi və sifarişi ilə bağlı təkliflər hazırlamaq, nəqliyyat şirkətləri və logistika tərəfdaşları ilə əməkdaşlığı təşkil etmək;
- İdxal, ixrac və tranzit əməliyyatlarına nəzarət etmək, yüklərin gömrük rəsmiləşdirilməsinə qədər tələb olunan sənədlərin hazırlanmasını və düzgünlüyünün yoxlanılmasını təmin etmək;
- Gömrük orqanlarına zəruri sənədləri və məlumatları təqdim etmək, gömrük bəyannamələrini və qısa idxal bəyannamələrini hazırlamaq və müvafiq sistemlərə daxil etmək;
- Fitosanitar, mənşə və digər sertifikat, lisenziya və icazələrin alınmasını təşkil etmək, gömrük brokerləri və gömrük orqanları ilə mütəmadi əlaqəni təmin etmək;
- Təchizat, nəqliyyat, anbar və maliyyə sənədlərinin qeydiyyatını aparmaq, ödənişləri planlaşdırmaq, bazar qiymətlərini və logistika şirkətlərini monitorinq etmək, riskləri qiymətləndirmək;
- Müştərilərə gömrük və logistika xidmətləri haqqında məlumat vermək, rəhbərliyin tələbinə uyğun aylıq, rüblük və illik hesabatları hazırlamaq və təqdim etmək;
- Şirkətdə tətbiq olunan ISO 9001, ISO 14001 və ISO 45001 standartlarının tələblərinə riayət etmək, uyğunsuzluqların aradan qaldırılması, sənədləşdirilmiş məlumatların idarə olunması və fəaliyyətin davamlı təkmilləşdirilməsi üzrə tədbirlər görmək.
Əmək haqqı və şərtlər
- Əmək haqqı: Müsahibə əsasında müəyyən olunur;
- Rəsmi əmək müqaviləsi və əmək qanunvericiliyinə uyğun sənədləşmə;
- Peşəkar inkişaf və karyera imkanları;
- Müasir və peşəkar iş mühiti.
Tələblərə uyğun namizədlərdən CV-lərini elektron poçtun mövzu hissəsində “Gömrük və logistika üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.