Qəhvəni sevgi ilə hazırlayırsansa və müştərilərlə ünsiyyət sənin üçün rahatdırsa, Germaine de Capuccini Cafeshop ailəsinə sən də qoşul!
İş yeri:
- Germaine de Capuccini Cafe – Bakı
Tələblər:
- Barista sahəsində minimum 1 il təcrübə
- Qəhvə növləri və hazırlanma üsulları üzrə bilik və ya öyrənməyə maraq
- Gülərüz, səliqəli və məsuliyyətli olmaq
- Müştəri məmnuniyyətinə önəm vermək
- Azərbaycan və rus dillərində sərbəst danışmaq
- Komandada işləmək bacarığı
Əsas vəzifələr:
- Müştərilərin mehriban qarşılanması və sifarişlərin düzgün hazırlanması
- Avadanlıqların və iş zonasının təmizliyinə nəzarət
- Qonaqlara keyfiyyətli və diqqətli xidmət göstərilməsi
- Kafedə gigiyena və nizam-intizam qaydalarına riayət edilməsi
İş qrafiki:
- Növbəli iş rejimi
10:00 – 16:00
16:00 – 22:00 - Həftədə 1 gün istirahət
Əmək haqqı: 350 AZN
Müraciət üçün:
CV-nizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərin.