German Dental Clinic German Dental Clinic
  • 444

German Dental Clinic

Здравоохранение

İnzibati köməkçi / Direktor assistenti

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İnzibati köməkçi / Direktor assistenti

  • Истекает 1 июнь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

German Dental Clinic Alman standartlarına uyğun fəaliyyət göstərən, tam rəqəmsal texnologiyalarla təchiz olunmuş müasir stomatoloji mərkəzdir. Rəhbərlik səviyyəsində proseslərin effektiv idarə olunması üçün yüksək təşkilatçılıq qabiliyyətinə malik, operativ və məsuliyyətli Direktor assistenti axtarırıq.

Vəzifə öhdəlikləri:

  • Direktorun gündəlik iş qrafikinin planlaşdırılması və idarə olunması
  • Görüşlərin və rəsmi toplantıların təşkili
  • Tapşırıqların icrasının izlənməsi və nəzarətdə saxlanılması
  • Komanda və şöbələr arasında koordinasiyanın təmin edilməsi
  • Daxili və xarici rəsmi yazışmaların aparılması
  • Hesabatların, təqdimatların hazırlanması
  • Sənədlərin sistemləşdirilməsi və arxivləşdirilməsi
  • Klinikada inzibati proseslərin təşkilində aktiv iştirak

Tələblər:

  • Ali təhsil
  • Azərbaycan dili – mükəmməl
  • İngilis dili – yaxşı səviyyədə (üstünlükdür)
  • MS Office proqramlarında sərbəst işləmə bacarığı
  • Yüksək təşkilatçılıq və planlama bacarığı
  • Operativlik, məsuliyyətlilik və dəqiqlik
  • Güclü yazılı və şifahi ünsiyyət bacarıqları
  • Oxşar vəzifədə iş təcrübəsi üstünlükdür

Şəxsi keyfiyyətlər:

  • Proaktiv və təşəbbüskar yanaşma
  • Detallara yüksək diqqət
  • Məxfiliyin qorunması və etibarlılıq
  • Stress altında işləmə bacarığı

Biz təklif edirik:

  • Alman standartlarına uyğun peşəkar iş mühiti
  • Müasir və tam rəqəmsal klinikada çalışma imkanı
  • Birbaşa rəhbərlə işləmək və sürətli inkişaf imkanı
  • Karyera yüksəlişi perspektivi
  • Rəqabətli əmək haqqı

İş şəraiti

  • İş qrafiki: 6 gün saat 9:00-18:00
  • Əmək haqqı: 700 AZN

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində Direktor assistenti qeyd edilməlidir.

Əlaqə +994506407441 

  • Daily1
  • Weekly563
  • Monthly130