Vəzifə öhdəlikləri:
· Əmək Müfəttişliyi və digər dövlət qurumlarından daxil olan məktub, sorğu, bildiriş və digər sənədlərin qəbul edilməsi, qeydiyyata alınması və aidiyyəti üzrə yönləndirilməsi;
· Bölmə tərəfindən Əmək Müfəttişliyinə və digər qurumlara göndərilən məktub və sənədlərin hazırlanması, qeydiyyatının aparılması;
· Daxil olan sorğuların icra müddətlərinin izlənilməsi, tələb olunan sənəd və məlumatların toplanması və cavab məktublarının vaxtında hazırlanmasının təmin edilməsi;
· Sənədlərin elektron və kağız formada sistemləşdirilməsi və arxivləşdirilməsi;
· Əmək Müfəttişliyi tərəfindən verilmiş göstəriş, tələb və tövsiyələrin qeydiyyata alınması və icra vəziyyətinin izlənilməsi;
· Rəhbərliyə icrada olan, gecikmiş və tamamlanmış sənədlər barədə hesabatların hazırlanması;
· Yoxlama və auditlər zamanı tələb olunan sənədlərin toplanması və təqdim edilməsinə dəstək;
· Sənədlərin məxfilik, düzgünlük və müəyyən edilmiş qaydalara uyğun saxlanılmasının təmin edilməsi;
· Bölmənin sənəd dövriyyəsi üzrə elektron reyestrlərin və icra cədvəllərinin aparılması.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Sənədləşmə, kargüzarlıq, sənəd dövriyyəsi və ya aidiyyəti sahədə ən azı 1–2 il iş təcrübəsi;
- Rəsmi məktubların və cavab məktublarının hazırlanması bacarığı;
- Dövlət qurumları ilə rəsmi yazışmaların aparılması barədə anlayış;
- Əmək qanunvericiliyi və əməyin mühafizəsi sahəsində ümumi məlumatlılıq;
- MS Office, xüsusilə Word və Excel proqramlarını yaxşı bilməsi;
- Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi nitq;
- Məsuliyyətli, diqqətli və operativ olması;
Üstünlükdür: Əmək Müfəttişliyi, Dövlət Əmək Müfəttişliyi və ya digər dövlət qurumları ilə yazışmalar və sənəd dövriyyəsi üzrə iş təcrübəsi.
İŞ barədə məlumat
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• İş rejimi: I–V günlər, 09:00–18:00;
• Nahar fasiləsi: 13:00–14:00;
📍 İş yeri: Bakı şəhəri, Ziya Bünyadov pr. 1965-ci məhəllə, “Çinar Park” Biznes Mərkəzi, 5-ci bina
📩 Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Keyfiyyətə nəzarət bölməsi/Sənədləşmə üzrə mütəxəssis” qeyd edərək [email protected] poçt ünvanına göndərə bilərlər.