Təchizat üzrə mütəxəssis

  • Deadline 11 October 2026

Struktur şöbə/bölmə: Təchizat və Logistika Departamenti

 

Vəzifə öhdəlikləri:

 

·       Şirkətin satınalma prosedurlarına uyğun olaraq mal, iş və xidmətlərin satınalma proseslərini (Tender, RFQ, RFI, RFP və s.) planlaşdırmaq, təşkil etmək idarə etmək;

·       Daxil olan satınalma tələbnamələrini (PR) texniki spesifikasiyalar və sənəd tamlığı baxımından yoxlamaq, uyğun satınalma metodunu müəyyən etmək;

·       Təchizatçı araşdırmaları aparmaq, yeni təchizatçıları müəyyən etmək, qiymətləndirmək və etibarlı təchizatçı bazasını formalaşdırmaq;

·       Təchizatçılardan kommersiya təklifləri almaq, qiymət, keyfiyyət, çatdırılma müddəti, ödəniş şərtləri və digər meyarlar üzrə müqayisəli təhlillər hazırlamaq və danışıqlar aparmaq;

·       Purchase Order (PO), satınalma müqavilələri və digər sənədləri hazırlamaq, razılaşdırılmasını təşkil etmək və ERP sistemində satınalma proseslərini idarə etmək;

·       Sifarişlərin icrasına nəzarət etmək, logistika və çatdırılma proseslərini koordinasiya etmək, malların vaxtında tələblərə uyğun təhvil verilməsinin təmin etmək;

·       Fakturaları, qaimələri, material sertifikatlarını və digər satınalma sənədlərini yoxlamaq, arxivləşdirmək və maliyyə şöbəsi ilə ödəniş proseslərini əlaqələndirmək;

·       Bazar qiymətlərini, təchizat risklərini və bazar trendlərini izləmək, alternativ məhsullar, təchizat mənbələri  və qənaət imkanları barədə təkliflər vermək;

·       Gecikmiş çatdırılmalar, keyfiyyət uyğunsuzluqları və təchizatçılarla yaranan mübahisələri operativ həll etmək və şirkətin maraqlarını qorumaq;

·       Satınalma fəaliyyəti üzrə hesabatlar hazırlamaq, satınalma məlumatlarının sistemli uçotunu və arxivləşdirilməsini təmin etmək,  daxili istifadəçilərlə sıx əməkdaşlıq edərək satınalma proseslərinin fasiləsiz icrasını təmin etmək.

 

Namizədə dair tələblər:

·       İqtisadiyyat, Təchizat və ya Maliyyə sahəsi üzrə ali təhsil;

·       Müvafiq sahədə 3 ildən artıq iş təcrübəsi;

·       İngilis dili (B1-B2 səviyyəsində);

·       MS Office (əla səviyyədə), 1C proqramı;

·       CIPS sertifikatının olması arzuolunandır.

·       Daxili və xarici satınalma prosesləri üzrə biliklər;

·       Yüksək kommunikasiya bacarığı, operativ qərarvermə və analitik düşünmə qabiliyyəti;

·       Komanda ilə işləmək bacarığı.

 

Əlavə məlumat:

 

·       AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;

·       İş rejimi: I–V günlər, 09:00–18:00;

·       Nahar fasiləsi: 13:00–14:00;

·       Əmək haqqı: 1700 AZN (NET)

 

📍 İş yeri: Bakı şəhəri, Ziya Bünyadov pr. 1965-ci məhəllə, “Çinar Park” Biznes Mərkəzi

📩 Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Təchizat üzrə mütəxəssis” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

 

 

  • Daily3
  • Weekly610
  • Monthly1086