İş barədə məlumat:
- İşçilərin şəxsi işlərinin formalaşdırılması;
- Məktub və sənədlərin vaxtında cavablandırılması;
- Kargüzarlıq işlərinin aparılması (arayışlar, məktublar, etibarnamələr və s.);
- İşə qəbulla bağlı müvafiq materialları hazırlamaq;
- Namizədlərlə müsahibələr aparmaq;
- Gələcək təhlillər üçün müsahibə nəticələrinin sənədləşdirilməsi (qəbul/rədd/gözləmə və s.);
- Ştat cədvəlinin və daxili intizam qaydalarının tərtib edilməsi;
- İşçilərə vəzifə təlimatının izah olunması;
- Gündəlik hesabatların hazırlanması.
Tələblər:
- Ali təhsilli;
- Müvafiq sahə üzrə ali, magistr təhsili və ya sertifikatlarının olması üstünlükdür;
- Əmək qanunvericiliyi ilə bağlı bilik və iş təcrübəsi;
- ƏMAS-da struktur, ştat vahidinin yaradılması və ləğv edilməsi, işə qəbul, işdən azadolma, əmək haqqı və vəzifə dəyişikliyinin işlənməsi;
- MS Office, 1C (8.3) proqramlarında işləmək bacarığı;
- Azərbaycan dilində sərbəst yazılı və şifahi nitq qabiliyyəti, ingilis və rus dillərin olması arzuolunandır;
- Müvafiq sahədə 2 il iş təcrübəsi;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
- Yüksək ünsiyyət, operativ qərar vermə və analitik düşünmə, təhliletmə qabiliyyətinə sahib olmalı.
İş şərtləri:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş rejimi: I-V günlər 09:00 – 18:00 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir);
- Nahar fasiləsi: 13:00-dan - 14:00-a kimi;
Əmək haqqı namizədin bilik və bacarığına uyğun olaraq dəyişəcək.
Maraqlananlar öz CV formalarını e-mail ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, “İşə qəbul üzrə mütəxəssis” qeyd etmək mütləqdir.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.