Struktur şöbə/bölmə: Təchizat və Logistika Departamenti
Vəzifə öhdəlikləri:
- Satınalma üzrə sənədlərin düzgün və sistemli şəkildə hazırlanması, qeydiyyatı və arxivləşdirilməsini həyata keçirmək;
- Satınalma şöbəsinə aid məktubların hazırlanması və qeydiyyatını aparmaq;
- Satınalma ilə bağlı təhvil-təslim aktlarının hazırlanmasını təmin etmək;
- Satınalma sənədlərinin surətlərinin çıxarılması, elektronlaşdırılması və sistemləşdirilməsini həyata keçirmək;
- 1C proqramında şöbəyə yönləndirilən və təchizatçılara edilən sifarişlərin reyestr üzrə qeydiyyatını aparmaq;
- Hesab-faktura, qaimə-faktura və digər ödəniş sənədlərini qəbul etmək, yoxlamaq və Maliyyə şöbəsinə təqdim etmək;
- Standart alqı-satqı müqavilələrinin hazırlanmasında iştirak etmək;
- Təchizatçıların ilkin qiymətləndirilməsi və fəaliyyətlərinin vaxtında qiymətləndirilməsi prosesinə dəstək göstərmək;
- Satınalma sənədləri üzrə məlumatların elektron bazaya daxil edilməsini və aktuallığının qorunmasını təmin etmək;
- Sənədlərin məxfilik, düzgünlük və müəyyən edilmiş prosedurlara uyğunluğunu təmin etmək;
- Təchizat və logistika prosesləri üzrə sənəd dövriyyəsinin operativliyinə nəzarət etmək;
- Rəhbərliyin tapşırığına əsasən digər sənədləşmə və inzibati işləri yerinə yetirmək.
Namizədə dair tələblər:
- İqtisadiyyat, təchizat, maliyyə üzrə ali təhsil;
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
- MS Office və 1C (8.3) proqramlarında yaxşı səviyyədə işləmə bacarığı;
- B1-B2 səviyyəsində inglis dili biliyi;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmaq;
- Yüksək kommunikasiya bacarığı, operativ qərarvermə və analitik düşünmə qabiliyyəti
Əlavə məlumat:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş rejimi: I–V günlər, 09:00–18:00;
- Nahar fasiləsi: 13:00–14:00;
- Əmək haqqı: 700 AZN (NET)
İş yeri: Bakı şəhəri, Ziya Bünyadov pr. 1965-ci məhəllə, “Çinar Park” Biznes Mərkəzi
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Sənədləşmə üzrə mütəxəssis” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.