Sənədləşmə üzrə mütəxəssis

  • Deadline 26 September 2026

Vəzifə öhdəlikləri:

·       Əmək Müfəttişliyi və digər dövlət qurumlarından daxil olan məktub, sorğu, bildiriş və digər sənədlərin qəbul edilməsi, qeydiyyata alınması və aidiyyəti üzrə yönləndirilməsi;

·       Bölmə tərəfindən Əmək Müfəttişliyinə və digər qurumlara göndərilən məktub və sənədlərin hazırlanması, qeydiyyatının aparılması;

·       Daxil olan sorğuların icra müddətlərinin izlənilməsi, tələb olunan sənəd və məlumatların toplanması və cavab məktublarının vaxtında hazırlanmasının təmin edilməsi;

·       Sənədlərin elektron və kağız formada sistemləşdirilməsi və arxivləşdirilməsi;

·       Əmək Müfəttişliyi tərəfindən verilmiş göstəriş, tələb və tövsiyələrin qeydiyyata alınması və icra vəziyyətinin izlənilməsi;

·       Rəhbərliyə icrada olan, gecikmiş və tamamlanmış sənədlər barədə hesabatların hazırlanması;

·       Yoxlama və auditlər zamanı tələb olunan sənədlərin toplanması və təqdim edilməsinə dəstək;

·       Sənədlərin məxfilik, düzgünlük və müəyyən edilmiş qaydalara uyğun saxlanılmasının təmin edilməsi;

·       Bölmənin sənəd dövriyyəsi üzrə elektron reyestrlərin və icra cədvəllərinin aparılması.

 

Namizədə dair tələblər:

  • Ali təhsil;
  • Sənədləşmə, kargüzarlıq, sənəd dövriyyəsi və ya aidiyyəti sahədə ən azı 1–2 il iş təcrübəsi;
  • Rəsmi məktubların və cavab məktublarının hazırlanması bacarığı;
  • Dövlət qurumları ilə rəsmi yazışmaların aparılması barədə anlayış;
  • Əmək qanunvericiliyi və əməyin mühafizəsi sahəsində ümumi məlumatlılıq;
  • MS Office, xüsusilə Word və Excel proqramlarını yaxşı bilməsi;
  • Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi nitq;
  • Məsuliyyətli, diqqətli və operativ olması;

 

Üstünlükdür: Əmək Müfəttişliyi, Dövlət Əmək Müfəttişliyi və ya digər dövlət qurumları ilə yazışmalar və sənəd dövriyyəsi üzrə iş təcrübəsi.

 

İŞ barədə məlumat

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;

• İş rejimi: I–V günlər, 09:00–18:00;

• Nahar fasiləsi: 13:00–14:00;

 

📍 İş yeri: Bakı şəhəri, Ziya Bünyadov pr. 1965-ci məhəllə, “Çinar Park” Biznes Mərkəzi, 5-ci bina

📩 Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Keyfiyyətə nəzarət bölməsi/Sənədləşmə üzrə mütəxəssis” qeyd edərək [email protected] poçt ünvanına göndərə bilərlər.

 

  • Daily28
  • Weekly564
  • Monthly2319