Tibbi nümayəndə (Medical Representative)

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Tibbi nümayəndə (Medical Representative)

  • Истекает 27 декабрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Əczaçılıq şirkətinin Azərbaycan nümayəndəliyi peşəkar komandamıza qoşulmaq üçün Bakı ş. Və Şirvan zonası üçün Tibbi nümayəndə vəzifəsinə enerjili, ünsiyyətcil və nəticəyönümlü namizədləri dəvət edir. 

Əsas vəzifə öhdəlikləri:

  • Şirkətin məhsullarının həkimlər və əczaçılar arasında peşəkar şəkildə təşviqi;
  • Tibb mütəxəssislərinə müntəzəm planlı vizitlərin həyata keçirilməsi;
  • Şirkətin preparatları haqqında elmi və tibbi məlumatların təqdim edilməsi;
  • Məhsullar üzrə təqdimatların və fərdi görüşlərin keçirilməsi;
  • Tibb mütəxəssisləri ilə uzunmüddətli və etibarlı işgüzar münasibətlərin qurulması və inkişaf etdirilməsi;
  • Təyin olunmuş satış hədəflərinin, vizit planlarının və KPI göstəricilərinin yerinə yetirilməsi;
  • Bazarın, rəqiblərin və tibbi sahədəki yeniliklərin mütəmadi izlənilməsi;
  • Görülmüş işlər və əldə olunan nəticələr üzrə hesabatların hazırlanması.

Namizədə dair tələblər:

  • Ali təhsil (əczaçılıq, tibb, biologiya və ya kimya sahəsində təhsil arzuolunandır);
  • Tibbi nümayəndə vəzifəsində minimum 3 il iş təcrübəsi (üstünlükdür);
  • Farmakologiya və əczaçılıq bazarı haqqında ilkin biliklər;
  • Güclü ünsiyyət, təqdimat və inandırma bacarıqları;
  • Danışıqlar aparmaq və işgüzar münasibətlər qurmaq bacarığı;
  • Yüksək məsuliyyət, təşəbbüskarlıq və nəticəyönümlülük;
  • Komandada işləmək və müstəqil qərar qəbul etmək bacarığı;
  • MS Office proqramları ilə işləmək bacarığı.

Biz nə təklif edirik?

  • Rəqabətədavamlı əməkhaqqı və nəticələrə əsaslanan bonus sistemi;
  • Peşəkar təlimlər və davamlı inkişaf imkanları;
  • Beynəlxalq standartlara uyğun iş mühiti;
  • Peşəkar və dinamik komandada çalışma imkanı;
  • Karyera yüksəlişi və peşəkar inkişaf perspektivləri.

Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində “Tibbi nümayəndə” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

  • Daily0
  • Weekly477
  • Monthly1941