Anbar Mühasibi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Anbar Mühasibi

  • Deadline 6 Dekabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İşəgötürən: “GFC” MMC – KFC, Pizza Hut və Simit Sarayı restoranları şəbəkəsi

Namizədə aid tələblər:

  • Ali və ya orta ixtisas təhsili;
  • Müvafiq vəzifə üzrə minimum 1 il iş təcrübəsi;
  • Anbar uçotu, mal-materialların hərəkəti və qaimələrlə iş üzrə bilik və praktiki bacarıqlar;
  • iiko proqramı ilə işləmə bacarığı;
  • MS Excel və MS Outlook proqramlarında işləmə bacarığı;
  • Diqqətlilik, dəqiqlik və yüksək məsuliyyətlilik;
  • Komanda ilə işləmək və operativ ünsiyyət qurmaq bacarığı.

Əsas vəzifə öhdəlikləri:

  • Anbardan filiallara göndərilən mallar üzrə qaimələrin faktiki qəbul məlumatları ilə müqayisə edilməsi və yaranan fərqlərin müəyyənləşdirilməsi;
  • Filiallardan daxil olan mal qəbulu məlumatlarının yoxlanılması və sistemdəki məlumatlarla müqayisə edilməsi;
  • Qaimə ilə faktiki qəbul arasında yaranan fərqlərin aidiyyəti şəxslərlə (anbar, sürücü və filial əməkdaşları) dəqiqləşdirilməsi, səbəblərinin araşdırılması və nəticəyə uyğun tədbirlərin görülməsi;
  • Məhsulların anbara mədaxil və məxaric əməliyyatlarının izlənilməsi və uçotunun aparılması;
  • Çatışmayan, zədələnmiş və geri qaytarılan mallar üzrə müvafiq sənədlərin yoxlanılması və sistem məlumatları ilə müqayisə edilməsi;
  • Uyğunsuzluqların araşdırılması nəticəsinə əsasən iiko proqramında müvafiq düzəlişlərin aparılması və sənədləşdirilməsi;
  • Anbar və filiallar arasında mal-material hərəkəti üzrə məlumatların düzgünlüyünün yoxlanılması;
  • Mal-material hərəkəti üzrə sənədlərin düzgün rəsmiləşdirilməsinə və məlumatların sistemdə vaxtında əks etdirilməsinə nəzarət edilməsi;
  • Açıq qaimələrin izlənilməsi, gecikmələrin müəyyənləşdirilməsi və vaxtında yekunlaşdırılmasının təmin edilməsi;
  • Anbar qalıqlarına nəzarət edilməsi və dövri inventarizasiya prosesində iştirak edilməsi;
  • Stok qalıqları və mal-material hərəkəti üzrə dövri hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Təkrarlanan uyğunsuzluqların səbəblərinin müəyyənləşdirilməsi və onların qarşısının alınması ilə bağlı rəhbərliyə təkliflərin verilməsi;
  • Birbaşa rəhbər tərəfindən verilən tapşırıqların vaxtında və keyfiyyətli şəkildə yerinə yetirilməsi.

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • 6 günlük iş rejimi;
  • İş yeri: Xırdalan
  • Əmək haqqı: 900 AZN
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “Anbar Mühasibi” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily5
  • Weekly581
  • Monthly582