İş yeri – Xırdalan şəhəri, anbar.
İşəgötürən: “GFC” MMC - KFC, Pizza Hut və Simit Sarayı restoranların şəbəkəsi
Namizədə aid tələblər:
- Fiziki işləri yerinə yetirmək bacarığı;
- Komandada işləmək bacarığı;
- Diqqətli, məsuliyyətli və intizamlı olmaq;
- Dondurucu, soyuducu və quru anbar şəraitində işləməyə hazır olmaq;
- Azərbaycan Respublikası SQ hərbi xidmət keçmiş olması arzuolunandır.
Əsas vəzifə öhdəlikləri:
- Anbara daxil olan mal-materialların qəbulunu, boşaldılmasını və müəyyən edilmiş saxlama sahələrinə yerləşdirilməsini həyata keçirmək;
- Daxil olan sifarişlərə uyğun olaraq mal-materialları toplamaq və göndəriş üçün hazırlamaq;
- Mal-materialların refrijerator nəqliyyat vasitələrinə yüklənməsi və boşaldılması işlərini yerinə yetirmək;
- Anbar daxilində məhsulların daşınmasını və düzgün yerləşdirilməsini təmin etmək;
- Dondurulmuş, soyudulmuş və quru məhsulların saxlanma qaydalarına riayət etmək;
- Sayım və inventarizasiya proseslərində iştirak etmək;
- Anbar sahəsinin təmiz və səliqəli saxlanılmasını təmin etmək;
- Zədələnmiş və ya uyğunsuz məhsullar barədə dərhal rəhbərliyə məlumat vermək;
- Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etmək;
- Birbaşa rəhbər tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətli şəkildə yerinə yetirmək.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- 6 günlük iş rejimi;
- İş yeri – Xırdalan şəhəri,anbar;
- Əmək haqqı - 650 azn;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “Fəhlə (anbar)” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.