İnsan Resursları Əməliyyatları üzrə Mütəxəssis

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İnsan Resursları Əməliyyatları üzrə Mütəxəssis

  • Истекает 13 апрель 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İşəgötürən: “GFC” MMC - KFC, Pizza Hut və Simit Sarayı restoranların şəbəkəsi 

Namizədə aid tələblər:

  • Ali təhsilli olması; 
  • Müvafiq vəzifədə 1 ildən az olmayaraq iş təcrübəsi;
  • Səlis Azərbaycan dili biliyi;
  • Yüksək səviyyədə ünsiyyət qurma və komandada işləmək bacarığı;
  • ƏMAS (Əmək Münasibətləri və Məşğulluq Alt Sistemi) platforması ilə sərbəst işləmə bacarığı;
  • İşgüzar nitq və yazışma qabiliyyəti;
  • Stressə davamlılıq və vaxtın effektiv idarə edilməsi bacarığı;
  • Məsuliyyət, dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
  • MS Office proqramlarını yaxşı səviyyədə bilməsi mütləqdir;
  • Xasiyyətnamə tələb olunur. 

Əsas vəzifə və öhdəliklər:

  • Əmək qanunvericiliynə əsasən işə qəbul, işdən azad edilmə və vəzifə dəyişiklikləri üzrə müvafiq sənədləşmənin icrası və "Əmək və Məşğulluq" altsistemində (ƏMAS) əməliyyatların həyata keçirilməsi;
  • Şəxsi işlərin qaydasında olmasına və müvafiq sənədlərin müntəzəm olaraq yenilənməsinin təmin edilməsi və nəzarətdə saxlanılması;
  • İR məlumat bazasının 1C proqramına daxil edilməsi və məlumatların müntəzəm şəkildə yenilənməsinin təmin olunması;
  • ƏMAS-da daxil olan əməkdaş müraciətlərinin cavablandırılması;
  • Məzuniyyət cədvəlinə nəzarət edilməsi və əməkdaşların məzuniyyətlərinin vaxtlı-vaxtında və düzgün istifadə olunmasının təmin edilməsi;
  • Əmək haqqı kartlarının sifarişi və əməkdaşlara təqdim edilməsi;
  • Müvəqqəti əmək qabiliyyətini itirmə hallarının rəsmiləşdirilməsi və bu prosesin koordinasiya olunması;
  • Kargüzarlıq üzrə sənəd dövriyyəsinin düzgün aparılmasının təmin edilməsi;
  • Xahiş edirəm gizli kodu "555" ilə CV ilə göndərin, əgər həqiqətən A-dan Z-yə qədər bütün mətni oxuyursunuzsa, bunu bilməliyik;  
  • İnsan Resursları üzrə digər müvafiq tapşırıqlarının yerinə yetirilməsi. 

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • 5 günlük iş rejimi;
  • Əmək haqqı - 800 azn;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “İnsan Resursları Əməliyyatları üzrə Mütəxəssis” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily22
  • Weekly550
  • Monthly1121