İşəgötürən: “GFC” MMC - KFC, Pizza Hut və Simit Sarayı restoranların şəbəkəsi
Namizədə aid tələblər:
- Ali təhsilli olması;
- Müvafiq vəzifədə 2 ildən az olmayaraq iş təcrübəsi;
- Səlis azərbaycan dili bilikləri;
- Komandada işləmək bacarığı;
- Yüksək müşahidə qabiliyyəti, diqqətlilik və məsuliyyətlilik;
- Nəqliyyat vasitələrinin hərəkətinin monitorinqi və nəzarəti üzrə bacarıqlar;
- AR SQ hərbi xidmət keçmiş olması arzuolunandır.
Əsas vəzifə öhdəlikləri:
- Nəqliyyat vasitələrinin vaxtında yüklənməsinə və müəyyən edilmiş marşrut üzrə hərəkətə başlamasına nəzarət edilməsi;
- Sürücülərin işə gəliş-gedişinə, iş rejiminə və daxili intizam qaydalarına riayət etməsinə nəzarət edilməsi;
- Nəqliyyat vasitələrinin marşrut üzrə hərəkətinin operativ şəkildə izlənilməsi və müəyyən edilmiş qrafikdən kənarlaşmalara nəzarət edilməsi;
- Marşrutlarda yaranan gecikmələrin, dayanma və digər uyğunsuzluqların müəyyən edilməsi, səbəblərinin araşdırılması və aidiyyəti şəxslərin məlumatlandırılması;
- Çatdırılma prosesinin müəyyən edilmiş vaxt qrafikinə uyğun və fasiləsiz həyata keçirilməsinin təmin edilməsi;
- Yükləmə və boşaltma proseslərinin müəyyən edilmiş qaydalara uyğun həyata keçirilməsinin izlənilməsi;
- Sürücülərin təhlükəsizlik qaydalarına, yol hərəkəti qaydalarına və şirkətin daxili prosedurlarına riayət etməsinin təmin edilməsi;
- Nəqliyyat vasitələrinin texniki vəziyyəti ilə bağlı məlumatların izlənilməsi və aşkar edilmiş problemlər barədə aidiyyəti struktur bölmələrinin məlumatlandırılması;
- GPS monitorinq sistemi vasitəsilə nəqliyyat vasitələrinin hərəkətinin real vaxt rejimində izlənilməsi və marşrutdan kənarlaşmaların müəyyən edilməsi;
- Nəqliyyat vasitələri üzrə tətbiq edilmiş cərimələrin mütəmadi izlənilməsi, səbəblərinin araşdırılması və müvafiq məlumatların qeydiyyata alınması;
- Kamera və sensor sistemlərindən daxil olan məlumatların izlənilməsi, təhlil edilməsi və tələb olunan hesabatların təqdim edilməsi;
- Yol hərəkəti qaydalarının pozulması, sürət həddinin aşılması, icazəsiz dayanma və digər riskli halların müəyyən edilməsi üçün monitorinq indikatorlarına nəzarət edilməsi;
- Nəqliyyat vasitələrinin hərəkəti, marşrutların icrası, gecikmələr və pozuntular üzrə gündəlik məlumatların qeydiyyatının aparılması və hesabatlılığın təmin edilməsi.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv;
- İş rejimi - 6 günlük.
Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “Nəqliyyat operatoru” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.