İşəgötürən: “GFC” MMC - KFC, Pizza Hut və Simit Sarayı restoranların şəbəkəsi
Namizədə aid tələblər:
- Orta ixtisas və ya ali təhsilli olması;
 - Monitorinq sahəsində 1 ildən az olmayaraq iş təcrübəsi;
 - Səlis azərbaycan dili bilikləri;
 - Komandada işləmək bacarığı;
 - Yüksək müşahidə qabiliyyəti, analitik düşüncə və məsuliyyətlilik;
 - Dürüstlük, etibarlılıq və nizam-intizamlı olmaq bacarığı;
 - Rəislərin əmrlərinin vaxtında və düzgün icrası;
 - Araşdırma aparmaq, operativ qərar vermək və reaksiya göstərmək qabiliyyəti, stresə davamlılıq bacarığı;
 - Microsoft Office üzrə yaxşı biliklər və kamera nəzarət sistemlərindən istifadə bacarığı ;
 - Azərbaycan Respublikası SQ hərbi xidmət keçmiş olması arzuolunandır.
 
Əsas vəzifə öhdəlikləri:
- Kameralar vasitəsilə anbarda gündəlik fəaliyyətin müşahidə edilməsi və lazımi qeydlərin aparılması;
 - Dələduzluq riskləri ilə bağlı halların izlənilməsi və nəzarət mexanizmlərinin effektivliyinin yoxlanılması;
 - Daxili qayda pozuntuları, şübhəli halların müəyyənləşdirilməsi və onlarla bağlı detallı araşdırmaların aparılması, qeydlərin aparılması və rəislərə məruzə edilməsi;
 - Oğurluq, əmlakdan sui-istifadə hallarının aşkarlanması, qeydlərin aparılması və rəhbərliyə vaxtında məruzə edilməsi;
 - Maliyyə təhlükəsizliyi əməliyyatlarının düzgün aparılmasına nəzarət olunması, uyğunsuzluqların vaxtında qeydə alınması və rəislərə məruzə edilməsi;
 - Kameraların fasiləsiz işləməsinin izlənilməsi və nasazlıqlar barədə texniki komandaya məlumatın təqdim edilməsi;
 - İşçi heyətinin daxili qaydalara əməl etməsinə nəzarət olunması və intizam pozuntularının qeydə alınması;
 - Monitorinq fəaliyyəti ilə bağlı hesabatların təqdim edilməsi.
 
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
 - Növbəli iş rejimi;
 - Əmək haqqı-800 azn;
 - Müasir idarəetmə sistemi və mehriban kollektiv.
 
Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “Nəzarət şöbəsinin növbətçisi” qeyd edərək Müraciət Et düyməsində göstərilən e-ünvanına göndərə bilərlər.
Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.