Vəzifə öhdəlikləri:
- AutoCAD proqramında pivot suvarma sistemlərinin yerləşim planlarının hazırlanması;
- Topoqrafik məlumatlar, koordinatlar və ərazi relyefi əsasında layihələrin tərtib edilməsi;
- Sahə ölçmələrinin aparılması və nəticələrin planlarda əks etdirilməsi;
- KMZ/KML faylları ilə işləmək.
Tələblər:
- AutoCAD proqramında işləmək bacarığı;
- Topoqrafiya və geodeziya üzrə biliklər;
- Koordinatlar, relyef və topoqrafik planlarla işləmək bacarığı;
- Müvafiq sahə üzrə ali təhsil;
- Dəqiqlik və məsuliyyətlilik.
Əmək haqqı namizədə uyğun 1000-1500 Azn
CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsində “AutoCAD Layout” qeyd etməklə göndərə bilərsiniz.