İş yerinin ünvanı: Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı Şamaxı yolu 15-ci km
Əsas vəzifə və öhdəliklər:
- Avtokar vasitəsilə anbara gələn malların boşaldılması;
- Malların adı, növü və ölçüsünə görə rəflərə/ayrılmış zonalara yerləşdirilməsi;
- Sifariş qaimələrinə uyğun olaraq malların seçilməsi və nəqliyyat vasitələrinə yüklənməsi;
- Avtokarın gündəlik texniki vəziyyətinə nəzarət etmək, aşkar edilən nasazlıqlar barədə rəhbərliyə məlumat vermək;
- Anbar daxilində hərəkət zamanı təhlükəsizlik qaydalarına və yol nişanlarına riayət etmək;
- Anbarın səliqəli saxlanmasına və iş prosesinin fasiləsizliyinə töhfə vermək;
- Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək.
Tələblər:
- Avtokar idarə etməsi üçün xüsusi hüquq verici sənəd (sürücülük vəsiqəsinin və ya sertifikat);
- Minimum 3 illik iş təcrübəsi;
- Komandada işləmək bacarığı;
- Diqqətli və məsuliyyətli;
- Operativlik;
- Hökməli, Müşfiqabad, Sulutəpə və Xırdalanda yaşayan namizədlərə üstünlük veriləcək.
İş şəraiti:
- 6 günlük iş qrafiki: saat 09:00-17:00;
- Əmək haqqı: 850 AZN;
- İş yerinin ünvan: Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı Şamaxı yolu 15-ci km
Tələblərə cavab verən namizədlər müsahibə mərhələsi üçün Hökməli qəsəbəsində yerləşən anbara dəvət ediləcək. Uyğun namizədlərdən CV-lərini “Avtokar sürücüsü” başlığı altında “Müraciət et” düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.