İş yeri: Sumqayıt, Sülh küçəsi 2
Vəzifə öhdəlikləri:
- İstehsalat avadanlıqlarının avtomatika sistemlərinin quraşdırılması, tənzimlənməsi və işə salınması;
- Mövcud avtomatlaşdırma sistemlərinin texniki xidmətinin və təkmilləşdirilməsinin həyata keçirilməsi;
- Sistemdə baş verən texniki nasazlıqların diaqnostikası və aradan qaldırılması;
- Elektron sxemlərin və avtomatika cihazlarının analiz edilməsi və proqramlaşdırılması;
- İstehsalatda enerji effektivliyinin artırılmasına dair həllərin tətbiqi.
Namizədə tələblər:
- Müvafiq sahədə ali təhsil (Avtomatika, Elektronika, Elektrik mühəndisliyi və ya oxşar sahə);
- İstehsalat müəssisələrində avtomatika və ya avtomatlaşdırma sistemləri üzrə minimum 3 il iş təcrübəsi;
- Avtomatika sistemləri və PLC proqramlaşdırma üzrə bilik və təcrübə;
- Elektrik sxemlərini oxuma bacarığı;
- Problemləri sürətli və effektiv həll etmə qabiliyyəti;
- Komandada işləmək və kommunikasiya bacarığı.
İş saatı:
- Həftə ərzində 5 günlük iş qrafiki.
- İş saatı: 15:00-22:00
- Servis (20 Yanvar ərazisindən) və nahar şirkət tərəfindən təmin olunur.
Müraciət üçün:
CV-nizi və mövzu sətrində “Avtomatika Mühəndisi” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərsiniz.