Biznes proseslərin idarə edilməsi üzrə mütəxəssis

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Biznes proseslərin idarə edilməsi üzrə mütəxəssis

  • Истекает 21 май 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Biznes Proseslərin İdarə Edilməsi Üzrə Mütəxəssis təşkilatın daxili proseslərinin optimallaşdırılması və effektiv idarə olunmasını təmin etmək üçün məsuliyyət daşıyır. Bu rol, biznes proseslərinin təhlili, təkmilləşdirilməsi və hazırlanmasını əhatə edir. Mütəxəssis, proseslərin səmərəliliyini artırmaq, xərcləri azaltmaq və ümumi məhsuldarlığı yüksəltmək üçün müxtəlif funksional komandalarla sıx əməkdaşlıq edəcək.

  • Biznes proseslərinin sənədləşdirilməsi, iş axışlarının hazırlanması;
  • Biznes proseslərinin əməliyyat ardıcıllıqlarının prosedur, təlimatlarda tam təsvir edilməsi;
  • Sənədləşdirilmiş biznes proseslərinin icrasına nəzarət məqsədilə auditlərin keçirilməsi;
  • Biznes prosesləri analiz edərək mövcud problemlər və riskləri, təkmilləşdirmə imkanlarını müəyyən etmək, proseslərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək, proses sahibi və digər maraqlı tərəflərin iştirakı ilə proseslərlə bağlı dəyişiklik ehtiyacını müəyyən etmək;
  • Biznes proseslərin monitorinqini həyata keçirmək, mövcud problemlər və onların səbəblərini müəyyən etmək, korrektiv tədbirləri müəyyən etmək və həyata keçirmək;
  • Biznes prosesləri optimallaşdırmaqla keyfiyyətin artırılması;
  • Kök səbəb analizinin edilməsi;
  • Audit nəticələrinə əsasən Prosedurlarda düzəliş etmək, proses icraçıları və sahibləri ilə razılaşdırmaq;

Tələblər:

  • Təhsili: Ali təhsil;
  • Biznes proseslərinin idarə olunması və ya keyfiyyət idarəedilməsi sahəsində 1-il təcrübə
  • Dil bilikləri: İngilis dili zəruri, rus dili üstünlük verilir
  • Kompüter biliyi: Word, Excel, PowerPoint, Visio
  • Fikrini izah etmək qəbiliyyəti, işə planlı yanaşmaq, detallara diqqət yetirmək, məsuliyyətli və fəal olmaq.
  • İşə planlı yanaşması
  • Analitik düşünmə və təhlil etmə bacarığı
  • Strateji planlama
  • Qərar qəbul etmək və məsuliyyət götürmək qabiliyyəti
  • Yüksək səviyyədə kommunikasiya bacarıqlarına və konfliktləri idarə edə bilmə qabiliyyəti
  • Planlama və təşkilatçılıq qabiliyyət.

İş saatı:

  • İş yeri: Sumqayıt şəhəri, Sülh  küçəsi 2.
  • Həftə ərzində 5 günlük iş qrafiki.
  • Servis (20 Yanvar ərazisindən) və nahar şirkət tərəfindən təmin olunur.

Müraciət üçün:

CV-nizi və mövzu sətrində “Biznes Proseslərin İdarə Edilməsi Üzrə Mütəxəssis” qeyd etməklə Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. 

  • Daily93
  • Weekly367
  • Monthly2966