Əsas vəzifə və öhdəliklər:
- Keyfiyyətin idarəedilməsi sistemlərinin tələb olunan bütün proseslərinin yaradılması və onları işə salınması, təkmilləşdirilməsi və inkişafının təmin edilməsi;
- İnteqrəedilmiş Menecment Sistemlərinin (ISO 9001:2015, ISO 14001:2015, ISO 45001:2018) tələbləri və prinsiplərini müntəzəm olaraq hərtərəfli təhlil edilməsi və bu istiqamətində işlərin icrasının təşkili;
- İnteqrəedilmiş Menecment Sistemlərinin (ISO 9001:2015, ISO 14001:2015, ISO 45001:2018) tələbləri istiqamətində risklərin idarə olunması prosesinə yardım etmək;
- Təsdiq edilmiş plana uyğun yoxlamaların keçirilməsinin təşkili, aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması istiqamətində tənzimləyici tədbirlərin icrasına nəzarət edilməsi və onların səmərəliliyinin qiymətləndirilməsi;
- Cəmiyyəti cari qarşılıqlı münasibətlər və əməkdaşlıq inkişafı məsələləri üzrə xarici təşkilatlarda və dövlət orqanlarında səlahiyyətli nümayəndə qismində təmsil etmək;
- Əmək funksiyalarına uyğun görülmüş işlər, verilən göstəriş və tapşırıqların icrası barədə şöbənin müdirinə (onun tələbinə əsasən) məlumat vermək.
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Ali təhsil;
- Minimum 2 il müvafiq sahədə iş təcrübəsi.
- Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, təlim keçmə bacarığı, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi;
- Korporativ məlumat sistemində işləməyi bacarmalı;
- İdarəetmə Sistemləri və auditi üzrə müvafiq sertifikatlarıa malik olmalı; (ISO 9001:2015, ISO 14001:2015, ISO 45001:2018)
- Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis dili vacibdir, rus dili arzuolunandır, Microsoft Office və digər proqramları bilməli.
İş saatı:
- İş yeri: Sumqayıt şəhəri, Sülh küçəsi 2.
- Həftə ərzində 5 günlük iş qrafiki.
- Servis (20 Yanvar ərazisindən) və nahar şirkət tərəfindən təmin olunur.
Müraciət üçün:
CV-nizi və mövzu sətrində “Keyfiyyət təminatı üzrə mütəxəssis” qeyd etməklə Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.