Mühasib (satış)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mühasib (satış)

  • Deadline 20 Sentyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mühasib (satış)

Vəzifənin qısa təsviri:

  • Satış üzrə Mühasibin əsas rolu tekstil istehsalı müəssisəsində yerli və ixrac satış əməliyyatlarının mühasibat uçotunun düzgün və vaxtında aparılmasını, daxil olan ödənişlərin sistemdə işlənilməsini, elektron qaimələrin hazırlanmasını və müvafiq hesabatların tərtib edilməsini təmin etməkdir. Bu vəzifə satış və ödəniş məlumatlarının MİCRO sistemində düzgün əks etdirilməsini, ixrac əməliyyatları üzrə xərclərin və hesabatların uçotunun aparılmasını, müştəri borclarına nəzarəti, eləcə də müvafiq vergi və maliyyə tələblərinə uyğunluğun təmin edilməsini əhatə edir.

Əsas vəzifə və öhdəliklər:

  • Müştərilərdən və POS terminallardan daxil olan ödənişlərin ERP proqramına daxil edilməsi;
  • Yerli və ixrac satışlarının ERP sistemində uçotunun aparılması;
  • Yerli satışlar üzrə elektron qaimələrin hazırlanması və müvafiq vergi sistemində işlənilməsi;
  • Satışdan daxil olan ödənişlərin müvafiq fakturalarla sistem üzərindən əlaqələndirilməsi;
  • Ay sonunda elektron qaimələr üzrə satışların sistem məlumatları ilə dəqiqləşdirilməsi;
  • Konsiqnasiya hesabatlarının hazırlanması və banka təqdim edilməsi;
  • Müştəri borclarının mütəmadi izlənilməsi və nəzarətdə saxlanılması;
  • Sorğu üzrə müvafiq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.

Tələb olunan təhsil və təcrübə:

  • Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli ixtisas üzrə ali təhsil;
  • Mühasibatlıq və ya satış uçotu sahəsində minimum 2 il iş təcrübəsi;

MİCRO proqramı ilə işləmə təcrübəsi;

  • Elektron qaimələrin hazırlanması və vergi sistemlərində işləmə təcrübəsi;
  • Yerli və ixrac satış əməliyyatlarının uçotu üzrə praktiki təcrübə;
  • İxrac əməliyyatları və müvafiq hesabatların hazırlanması üzrə biliklər.

Tələb olunan bacarıqlar:

  • MS Office, xüsusilə Excel proqramından yaxşı istifadə bacarığı;
  • Mühasibat uçotu və satış əməliyyatları üzrə biliklər;
  • Vergi və elektron qaimə sistemləri ilə işləmə bacarığı;
  • Elektron yük nəqliyyat qaimələrinin AYNA portalına daxil edilməsi; 
  • Analitik düşünmə və rəqəmlərlə işləmə qabiliyyəti;
  • Yüksək diqqətlilik və detallara önəm vermə;
  • Məsuliyyətlilik və dəqiqlik;
  • Hesabatların hazırlanması və məlumatların təhlili bacarığı;
  • Vaxtın düzgün idarə edilməsi və işlərin vaxtında icra olunması;
  • Komandada işləmək bacarığı.
  • Azərbaycan dilini ana dili səviyyəsində bilmək; ingilis və rus dillərini bilmək üstünlükdür.

İş şəraiti:

  • İş yeri: Azərbaycan, Sumqayıt şəhəri, Sülh küçəsi 2.
  • Servis xidməti (Gənclik metrosundan) və nahar təmin edilir.

Qeyd olunan tələblərə cavab verən namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Sales Accountant

Role Synopsis:

  • The primary role of the Sales Accountant is to ensure the accurate and timely accounting of local and export sales transactions within a textile manufacturing company, the proper recording of incoming payments in the system, preparation of electronic invoices, and compilation of relevant reports. The position involves ensuring the accurate reflection of sales and payment information in the MİCRO system, accounting for export-related expenses and reports, monitoring customer outstanding balances, and ensuring compliance with applicable tax and financial requirements.

Key Accountabilities:

  • Recording payments received from customers and POS terminals in the ERP system;
  • Recording local and export sales in the ERP system;
  • Preparing electronic invoices for local sales and processing them through the relevant tax system;
  • Matching payments received from sales with the relevant invoices in the system;
  • Reconciling sales on electronic invoices with system data at the end of each month;
  • Preparing consignment reports and submitting them to the bank;
  • Regularly monitoring and controlling customer outstanding balances;
  • Preparing relevant reports upon request and submitting them to management.

Desired background:

  • Bachelor’s degree in Finance, Accounting, Economics, or a related field;
  • Minimum 2 years of experience in accounting or sales accounting;
  • Experience working with the MİCRO system;
  • Experience in preparing electronic invoices and working with tax systems;
  • Practical experience in accounting for local and export sales transactions;
  • Knowledge of export operations and preparation of relevant reports.

Required skills:

  • Good proficiency in MS Office, particularly Excel;
  • Knowledge of accounting and sales operations;
  • Ability to work with tax and electronic invoicing systems;
  • Ability to enter electronic freight transport waybills into the AYNA portal;
  • Analytical thinking and ability to work with numbers;
  • Strong attention to detail;
  • Responsibility and accuracy;
  • Ability to prepare reports and analyze data;
  • Effective time management and ability to complete tasks on time;
  • Ability to work effectively as part of a team;
  • Native-level proficiency in Azerbaijani; knowledge of English and Russian is an advantage.

Working conditions:

  • Location: 2 Sulh Street, Sumgait, Azerbaijan.
  • Shuttle bus service (from Ganjlik Metro Station) and lunch are provided.

Candidates who meet the requirements outlined below are kindly requested to send their CVs to the e-mail address in the Apply for job button.

  • Daily0
  • Weekly653
  • Monthly2406