Texnoloji proseslərin avtomatlaşdırılması üzrə mühəndis – Sumqayıt
Vəzifə öhdəlikləri:
· İş növbəsi üzrə avadanlığın təhvil–təslim prosesini həyata keçirmək, istehsalın fasiləsizliyini təmin etmək;
· Şüşə butulka istehsal xəttində alçaq gərginlikli elektrik veriliş xətləri, avtomatika siqnal dövrələri və idarəetmə panellərinin diaqnostik müayinəsini aparmaq;
· Avadanlıq və elektrik sistemlərində nasazlıqları aşkar etmək, təmir işlərini həyata keçirmək və istehsalın təhlükəsizliyini təmin etmək;
· Elektrik lövhələri və bloklarda quraşdırılmış avtomatik idarəetmə və tənzimləmə avadanlıqlarını diaqnostik etmək, sazlamaq və quraşdırmaq;
· Nəzarət-ölçü cihazları və sensorların kolibrasiyasını, texniki baxışını, sazlanmasını və istismara verilməsini həyata keçirmək;
· İstehsal xətlərində preventiv baxış və rutin texniki xidmət işlərini aparmaq, vizual və funksional yoxlamalar keçirmək;
· Avadanlıqların təmizliyi, yağlanması və qorunması üzrə əməliyyat işlərini təşkil etmək;
· İstehsal prosesində yaranan qəza və texniki problemləri operativ şəkildə aradan qaldırmaq;
· Təmir və baxış işlərinin sənədləşdirilməsi, protokolların hazırlanması və istehsal rəhbərliyinə təqdim olunmasını təmin etmək;
· Yeni avadanlıqların quraşdırılması, köhnə avadanlıqların modernləşdirilməsi və istehsal prosesinin optimallaşdırılmasında iştirak etmək;
· Proseslərin avtomatlaşdırılması və optimallaşdırılması üçün təkliflər hazırlamaq və həyata keçirmək, avadanlıqların SCADA, sensor və avtomatika sistemlərinə inteqrasiyasını dəstəkləmək;
· İşçi heyətinə texniki dəstək vermək və avadanlıqların düzgün işləməsi üçün təlimatlara riayət edilməsini nəzarət etmək;
· Təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına ciddi riayət etmək, istehsalda risklərin qarşısını almaq;
· Müvafiq elektrik sxemləri və avtomatika sənədlərini oxumaq, təhlil etmək və tətbiq etmək.
Tələblər:
- Müvafiq sahə üzrə texniki təhsil;
- NÖC və avtomatika sahəsində iş təcrübəsi;
- Elektrik sxemlərini oxuma bacarığı;
- Məsuliyyətlilik və komandada işləmək bacarığı.
Təklif edirik:
· İş şəraiti:
· İş rejimi: 08:00–17:00 (Şənbə və Bazar – istirahət günləri)
· İş yeri Sumqayıt
· Nahar əvəzi əlavə ödəniş
· Servis xidməti mövcuddur
· Əmək haqqı: namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək
CV-lərinizi mövzu hissəsində “Texnoloji proseslərin avtomatlaşdırılması üzrə mühəndis” qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.