Texnoloji proseslərin avtomatlaşdırılması üzrə mühəndis – Sumqayıt

  • Истекает 28 август 2026

Texnoloji proseslərin avtomatlaşdırılması üzrə mühəndis – Sumqayıt

 

Vəzifə öhdəlikləri:

·      İş növbəsi üzrə avadanlığın təhvil–təslim prosesini həyata keçirmək, istehsalın fasiləsizliyini təmin etmək;

·      Şüşə butulka istehsal xəttində alçaq gərginlikli elektrik veriliş xətləri, avtomatika siqnal dövrələri və idarəetmə panellərinin diaqnostik müayinəsini aparmaq;

·      Avadanlıq və elektrik sistemlərində nasazlıqları aşkar etmək, təmir işlərini həyata keçirmək və istehsalın təhlükəsizliyini təmin etmək;

·      Elektrik lövhələri və bloklarda quraşdırılmış avtomatik idarəetmə və tənzimləmə avadanlıqlarını diaqnostik etmək, sazlamaq və quraşdırmaq;

·      Nəzarət-ölçü cihazları və sensorların kolibrasiyasını, texniki baxışını, sazlanmasını və istismara verilməsini həyata keçirmək;

·      İstehsal xətlərində preventiv baxış və rutin texniki xidmət işlərini aparmaq, vizual və funksional yoxlamalar keçirmək;

·      Avadanlıqların təmizliyi, yağlanması və qorunması üzrə əməliyyat işlərini təşkil etmək;

·      İstehsal prosesində yaranan qəza və texniki problemləri operativ şəkildə aradan qaldırmaq;

·      Təmir və baxış işlərinin sənədləşdirilməsi, protokolların hazırlanması və istehsal rəhbərliyinə təqdim olunmasını təmin etmək;

·      Yeni avadanlıqların quraşdırılması, köhnə avadanlıqların modernləşdirilməsi və istehsal prosesinin optimallaşdırılmasında iştirak etmək;

·      Proseslərin avtomatlaşdırılması və optimallaşdırılması üçün təkliflər hazırlamaq və həyata keçirmək, avadanlıqların SCADA, sensor və avtomatika sistemlərinə inteqrasiyasını dəstəkləmək;

·      İşçi heyətinə texniki dəstək vermək və avadanlıqların düzgün işləməsi üçün təlimatlara riayət edilməsini nəzarət etmək;

·      Təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına ciddi riayət etmək, istehsalda risklərin qarşısını almaq;

·      Müvafiq elektrik sxemləri və avtomatika sənədlərini oxumaq, təhlil etmək və tətbiq etmək.

 

Tələblər:

  • Müvafiq sahə üzrə texniki təhsil;
  • NÖC və avtomatika sahəsində iş təcrübəsi;
  • Elektrik sxemlərini oxuma bacarığı;
  • Məsuliyyətlilik və komandada işləmək bacarığı.

 

Təklif edirik:

·      İş şəraiti:

·      İş rejimi: 08:00–17:00 (Şənbə və Bazar – istirahət günləri)

·      İş yeri Sumqayıt

·      Nahar əvəzi əlavə ödəniş

·      Servis xidməti mövcuddur

·      Əmək haqqı: namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək

 

CV-lərinizi mövzu hissəsində “Texnoloji proseslərin avtomatlaşdırılması üzrə mühəndis” qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

 

  • Daily37
  • Weekly364
  • Monthly2632