Əsas vəzifələr:
• Cəmiyyətin tikinti sahələrində həyata keçirilən layihələrin planlaşdırılmasını, təşkilini və ümumi idarə olunmasını təmin etmək;
• Layihə üzrə tikinti-quraşdırma işlərinin təsdiq olunmuş layihə sənədlərinə, istehsalat planlarına və normativ sənədlərə uyğun icrasına nəzarət etmək;
• Öz fəaliyyətində Azərbaycan Respublikasının qanunvericiliyini, Cəmiyyətin daxili normativ aktlarını, SNİP, GOST, ISO standartlarını, eləcə də rəhbərliyin göstəriş və sərəncamlarını rəhbər tutmaq;
• Layihənin büdcəsinin hazırlanmasını və icrasına nəzarəti həyata keçirmək, maliyyə resurslarının səmərəli istifadəsini təmin etmək;
• Podratçı və subpodratçı təşkilatların fəaliyyətini əlaqələndirmək və onların işinə nəzarət etmək;
• Tikinti mühəndislərinin və sahə heyətinin fəaliyyətini təşkil etmək, onların işini koordinasiya etmək;
• Layihə üzrə riskləri müəyyən etmək, onların minimuma endirilməsi üçün tədbirlər hazırlamaq və icrasına nəzarət etmək;
• Layihənin icra müddətlərinə riayət olunmasına nəzarət etmək, gecikmələrin qarşısını almaq üçün operativ tədbirlər görmək;
• Layihə üzrə texniki və maliyyə hesabatlarının hazırlanmasını təşkil etmək və rəhbərliyə təqdim etmək;
• Layihə, proqram, plan və müqavilələrin həyata keçirilməsində metodiki və praktiki rəhbərliyi təmin etmək;
• Qoyulmuş tələblərə, qüvvədə olan normalara, qayda və standartlara riayət olunmasına nəzarət etmək.
Tələblər:
• İnşaat mühəndisliyi və ya əlaqəli sahə üzrə ali təhsil;
• Tikinti layihələrinin idarə olunması sahəsində minimum 5 il iş təcrübəsi;
• Normativ sənədlərlə (SNİP, GOST, ISO və s.) işləmə bacarığı;
• Layihələrin planlaşdırılması və idarə olunması üzrə biliklər;
• Liderlik və təşkilatçılıq bacarıqları;
• Kompüter proqramları (MS Office, AutoCAD, Primavera və s.) ilə işləmə bacarığı;
• Azərbaycan dili mükəmməl, digər dillər arzuolunandır.