Təchizatçı (Ofis daxili)

  • Истекает 15 август 2026

 

Həftə içi 5 gün, 09:00-18:00

Ünvan: İçərişəhər, Axundov bağının yaxınlığı

Vəzifələr:

Bazarın araşdırılması, etibarlı, peşəkar, sağlam podratçı və təchizatçı bazasının hazırlanması və müntəzəm olaraq yenilənməsi;

Tələblər əsasında potensial mal və xidmət təchizatçılarının araşdırılması;

Qiymət təkliflərinin alınması, müqayisəsi və uyğun seçimlərin edilməsi;

Sifarişlərin hazırlanması, icra prosesinə nəzarət və vaxtında təmin olunmasının təşkili

 Satınalma sənədlərinin (qaimə, hesab-faktura və s.) düzgün aparılması və arxivləşdirilməsi

 

Tələblər:

Ali təhsil (iqtisadiyyat, idarəetmə və ya əlaqəli sahə üstünlükdür)

Minimum 1 il müvafiq iş təcrübəsi

MS Office proqramlarında (əsasən Excel) sərbəst işləmə bacarığı

Danışıqlar aparmaq və effektiv kommunikasiya bacarığı

Diqqətlilik, məsuliyyətlilik və vaxtı idarəetmə bacarığı

  • Daily101
  • Weekly481
  • Monthly1544