Bank-maliyyə sahəsində karyera qurmaq, ünsiyyət və hüquqi biliklərini real iş mühitində inkişaf etdirmək istəyən gənclər üçün əla fürsət!
İş haqqında məlumat:
- Təcrübə proqramı çərçivəsində siz problemli kreditlərin idarə olunması, müştərilərlə danışıqların aparılması və ödəniş proseslərinin izlənilməsi sahəsində praktiki biliklər qazanacaqsınız.
- Sertifikat: Proqramı uğurla başa vuran namizədlərə rəsmi sertifikat təqdim olunacaq;
Namizəddən gözləntilər:
- Ali təhsil (Hüquq, İqtisadiyyat və ya Menecment sahələri arzuolunandır);
- Güclü ünsiyyət və inandırma bacarığı;
- Məsuliyyətli və stressə davamlılıq;
- Öyrənməyə və inkişafa həvəsli olmaq.
Biz nə vəd edirik?
- Peşəkar komanda tərəfindən mentorluq;
- Real iş təcrübəsi və karyera imkanları;
- Müasir iş mühiti.
Maraqlanan şəxslər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt vasitəsilə bizə göndərə bilərlər. Mövzu hissəsində "Problemli kreditlər - Təcrübəçi" qeyd etməyiniz mütləqdir.