G Global İnşaat Group

Sahə Mühəndisi

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Sahə Mühəndisi

  • Истекает 13 август 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Ümumi Məlumat: 

  • Global Interiors Group şirkəti 1998-ci ildən Azərbaycanda fəaliyyət göstərir. Şirkətimiz Azərbaycanın tikinti, interyer dizayn və mebel sahəsində aparıcı şirkətlərindən biridir. Tikinti, təmir, planlaşdırma, interyerlərin yaradılması, mebel, dekor, material seçilməsi, landşaftın yaşıllaşdırılması və s. işlər üzrə fəaliyyətlər mövcüddur . 

Tikinti sektorunda fəaliyyət göstərən şirkətimizə Sahə Mühəndisi təcrübəsi olan peşəkar namizəd axtarılır.

İş şəraiti:

  • İş qrafiki: 6 günlük iş həftəsi 
  • Əmək haqqı: Razılaşmaya əsasən.
  • Rəsmi əmək müqaviləsi
  • Stabil və peşəkar iş mühiti

​​​​​​​Əsas tələblər:

  • İnşaat Mühəndisliyi üzrə ali təhsil
  • Fit-out işləri üzrə minimum 3-4 il sahə təcrübəsi
  • Daxili tamamlama işlərinin (alçıpan, asma tavan, boya, keramika, döşəmə örtükləri, mebel və s.) icrasına nəzarət təcrübəsi
  • Tikinti layihələri və texniki sənədlərlə işləmək bacarığı
  • Material, iş həcmi və keyfiyyətə nəzarət təcrübəsi
  • Podratçı və subpodratçı işlərinin koordinasiyasını həyata keçirmək bacarığı
  • AutoCAD və MS Office proqramlarında sərbəst işləmək bacarığı
  • Məsuliyyətli, təşkilatçılıq və problem həll etmə bacarıqlarına malik olma

Vəzifə öhdəlikləri:

  • Gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması.
  • Layihə dəyişikliklərinin hesablanması və sənədləşdirilməsi.
  • Tikinti sahəsi ilə texniki ofis arasında koordinasiyanın təmin edilməsi.
  • İş qrafikinin hazırlanmasında və izlənilməsində iştirak.
  • Layihə üzrə texniki arxiv və sənəd dövriyyəsinin idarə olunması.
  • Layihə və fakt üzrə iş həcmlərinin hesablanması, Forma-2, Forma-3 lərin tərtibi və yoxlanılması.
  • Texniki və material hesabatlırının tərtibi və yoxlanılması. 
  • Sahə üzrə iş təcrübəsi arzu olunandır.
  • Fit-out işlərinin layihə və iş qrafikinə uyğun icrasını təmin etmək
  • Sahədə görülən işlərin keyfiyyətinə və texniki tələblərə uyğunluğunu yoxlamaq
  • İş həcmlərini izləmək və gündəlik hesabatların hazırlanmasında iştirak etmək
  • Podratçılar arasında koordinasiyanı təmin etmək
  • Layihə rəhbərliyinə işin gedişi barədə mütəmadi məlumat vermək
  • Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək

Tələblərə cavab verən bütün namizədlərdən xahiş olunur ki, “Sahə Mühəndisi” mövzusunu e-mailin subject (mövzu) hissəsində qeyd edərək, CV və ya Müraciət Formasını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.

  • Daily22
  • Weekly164
  • Monthly1228