Şirkətimizə korporativ müştərilərlə işləyəcək, satış və müştəri əlaqələrinin inkişaf etdirilməsində aktiv rol alacaq Korporativ Satış üzrə Mütəxəssis axtarılır.
İş yeri: AZ1003, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 12-ci km
Əsas vəzifələr:
- Yeni korporativ müştərilərin axtarılması və cəlb edilməsi;
- Mövcud müştərilərlə uzunmüddətli işgüzar münasibətlərin qurulması;
- Müştərilərin ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun məhsul/xidmətlərin təklif edilməsi;
- Kommersiya təkliflərinin və qiymət təkliflərinin hazırlanması;
- Satış prosesinin ilkin əlaqədən müqavilənin bağlanmasına qədər idarə olunması;
- Satış hədəflərinin yerinə yetirilməsi;
- Bazarın və potensial müştərilərin araşdırılması.
Tələblər:
- Korporativ/B2B satış sahəsində iş təcrübəsi arzuolunandır;
- Güclü ünsiyyət və danışıqlar aparmaq bacarığı;
- Satış və müştəri yönümlü yanaşma;
- MS Office proqramlarında işləmə bacarığı;
- Məsuliyyətlilik və operativlik;
- Komandada və müstəqil işləmək bacarığı.
Əməkhaqqı: 1000 AZN
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.