Glolynx Azərbaycan MMC Glolynx Azərbaycan MMC
  • 885

Glolynx Azərbaycan MMC

Mining, Oil & Gas , Oilfield Services

İnsan Resursları üzrə Mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İnsan Resursları üzrə Mütəxəssis

  • Deadline 19 November 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Komandamıza qoşulacaq, insan resursları sahəsində bilik və təcrübəyə malik, ünsiyyətcil və məsuliyyətli İnsan Resursları üzrə Mütəxəssis axtarırıq!

Əsas vəzifə öhdəlikləri

  • İşə qəbul prosesinin təşkili və namizədlərin seçilməsi;
  • Vakansiyaların hazırlanması və müvafiq platformalarda yerləşdirilməsi;
  • Müsahibələrin təşkili və namizədlərlə əlaqələrin qurulması;
  • İşçilərin şəxsi işlərinin və HR sənədlərinin hazırlanması, yenilənməsi və arxivləşdirilməsi;
  • İşə qəbul, işdən azad olunma və digər kadr əməliyyatlarının sənədləşdirilməsi;
  • İşçilərlə gündəlik HR məsələləri üzrə işin təşkili;
  • Daxili qayda və prosedurların tətbiqinə dəstək göstərilməsi;
  • İnsan resursları üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.

Namizədə dair tələblər

  • İnsan resursları və ya müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Azərbaycan dilində sərbəst ünsiyyət bacarığı;
  • Rus və ingilis dillərini bilmək;
  • MS Office proqramları, xüsusilə Excel və Word ilə işləmək bacarığı;
  • Güclü ünsiyyət və təşkilatçılıq bacarıqları;
  • Məsuliyyətlilik, diqqətlilik və detallara həssas yanaşma;
  • Komandada işləmək və eyni zamanda müstəqil qərarlar vermək bacarığı;
  • Məxfi məlumatlarla işləmə və peşəkar etik normalara riayət etmək bacarığı.

İş şəraiti

  • İş qrafiki: 5 günlük
  • Saat: 08:00-17:00
  • İş yeri: Badamdar, Tofiq Məmmədov küç., 3/5

Tələblərə uyğun namizədlərdən CV-lərini mövzu hissəsində “İnsan Resursları üzrə Mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Karyeranızı insan resursları sahəsində inkişaf etdirmək və peşəkar komandada çalışmaq istəyirsinizsə, müraciətinizi gözləyirik!

  • Daily101
  • Weekly233
  • Monthly1654