Topoqraf

  • Истекает 4 октябрь 2026

Vəzifə öhdəlikləri:

 

  • Tikinti layihələri üzrə ərazinin topoqrafik-geodezik ölçmə və tədqiqat işlərini həyata keçirmək;
  • Tikinti sahələrinin, binaların, qurğuların və mühəndis kommunikasiyalarının koordinat və yüksəkliklərini müəyyən etmək;
  • Tikinti işlərinin layihə sənədlərinə uyğun olaraq geodezik təminatını həyata keçirmək;
  • Bina və qurğuların oxlarının, bünövrələrinin, kolonlarının, divarlarının və digər konstruktiv elementlərinin layihə koordinatlarına uyğun olaraq yerə köçürülməsini (nişanlanmasını) təmin etmək;
  • Tikinti prosesində konstruksiyaların şaquliliyini, üfüqiliyini, ox və yüksəklik göstəricilərini yoxlamaq;
  • Bünövrə, monolit konstruksiyalar, mərtəbələr və digər tikinti elementləri üzrə geodezik ölçmələr aparmaq;
  • Tikinti işlərinin icrası zamanı faktiki vəziyyətin layihə göstəricilərinə uyğunluğunu yoxlamaq və kənarlaşmaları müəyyən etmək;
  • İcra olunmuş işlər üzrə icraedici geodezik sxemlərin və ölçmə materiallarının hazırlanmasında iştirak etmək;
  • Yeraltı və yerüstü mühəndis kommunikasiya xətlərinin koordinat və yüksəkliklərini müəyyən etmək və onların faktiki vəziyyətini sənədləşdirmək;
  • Tikinti sahəsində reperlərin, geodezik nişanların və digər ölçmə nöqtələrinin yaradılmasını və qorunmasını təmin etmək;
  • Total Station, GPS/GNSS, nivelir və digər geodezik ölçmə cihazlarından düzgün istifadə etmək;
  • Ölçmə cihazlarının texniki sazlığını və ölçmələrin dəqiqliyini nəzarətdə saxlamaq;
  • AutoCAD və digər müvafiq proqramlarda topoqrafik planların, sxemlərin və ölçmə nəticələrinin hazırlanmasını həyata keçirmək.

 

Namizədə tələblər:

- Cins: kişi;

- Yaş həddi: 25-45;

- Müvafiq vəzifə üzrə azı 3 il iş təcrübəsi;

- Ali təhsil (Geodeziya mühəndisliyi üzrə);

- Məsuliyyətli;

- Problem həlletmə və analitik düşünmə qabiliyyəti;

- Konfidensiallığı qoruyub saxlamaq bacarığı;

- İşgüzar ünsiyyət və komandada işləmə bacarığı;

- MS Office və Autocad proqramlarını yaxşı səviyyədə bilmək.

 

İş şəraiti:

- İş yeri: Bakı şəhəri;

- İş rejimi: 6 günlük;

- Korporativ nömrə ilə təmin olunma;

- Əmək haqqı razılaşma əsasında.

 

Digər tələblər:

 

Yuxarıda göstərilən tələblərə uyğun namizədlərin [email protected]elektron poçtuna CV(yalnız Azərbaycan dilində) göndərməkləri və CV-lərində referans ola biləcək şəxsləri qeyd etmələri xahiş olunur.

Qeyd: Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur.

 

 

  • Daily0
  • Weekly594
  • Monthly480