İş barədə:
- Müəyyən edilmiş büdcə, plan, keyfiyyət standartları və müştəri tələblərinə görə layihənin idarə edilməsi;
- Layihə üzrə şirkəti təmsiletmə, o cümlədən müştəri, məsləhətçi, subpodrat və dövlət qurumları ilə olan münasibətlərin tənzimlənməsi;
- Layihə üçün lazımi işçi qüvvəsi, avadanlıq və mal - materialların müəyyən edilməsi;
- Sahədə yerinə yetirilmiş tikinti işləri üzrə hazırlanmış Forma-2 sənədlərinin və digər texniki sənədlərin təsdiq edilməsinin təmin edilməsi;
- Layihənin icrası prosesində yaranmış hər hansısa bir dəyişiklik və ya problemlə bağlı memar və sifarişçi arasında düzgün koordinasiyanın qurulması və mövcud problemin həlli;
- Ehtiyac olarsa, sahədə işin keyfiyyətlə yerinə yetirilməsi üçün tələb olunan çertyoj və sxemlərin düzgün işlənməsinə nəzarət edilməsi;
- Tikinti layihəsinə cəlb edilmiş subpodratçı firmaların gördüyü işlərin müəyyən edilmiş vaxt çərçivəsində təhvil verilməsinə nəzarət edilməsi;
- Tikintidə təhlükəsizlik qaydalarına əməl olunmasının təmin edilməsi;
- Layihənin cari vəziyyəti haqqında hesabatların və layihə barəsində məlumatların bütün maraqlı tərəflərə bərabər səviyyədə paylaşılması və layihənin düzgün formada irəliləməsinin təmin edilməsi;
- Heyətin vəzifə bölgüsü və komandanın idarə edilməs;
- Layihə ilə bağlı gündəlik hesabatların rəhbərliyə təqdim edilməsi.
Tələblər:
- “İnşaat mühəndisliyi” və ya “sənaye və mülki tikinti” ixtisası üzrə ali təhsil;
- Sənaye və mülki binaların tikintisində müvafiq vəzifə üzrə minimum 10 il iş təcrübəsi;
- Punktuallıq və məsuliyyət;
- İşgüzar ünsiyyət və yüksək davranış keyfiyyətlərinə sahib olmalı;
- Yüksək idarəetmə bacarığı;
- Ezamiyyətlərə hazır olmalı;
- Microsoft Office və AutoCad proqramlarında işləmək bacarığı;
- Azrəbaycan dili-mükəmməl, rus və ingilis dili biliyi-üstünlükdür.
İş şəraiti:
- İş rejimi: 6 günlük;
- İş yeri: Bakı şəhəri;
- Korporativ nömrə ilə təmin olunma,
- Əmək haqqı: müsahibə əsasında.
Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçtuna göndərə bilər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur.
Qeyd: yalnız azərbaycan dilində göndərilən CV-lər dəyərləndiriləcək.