İş barədə:
- Layihələndirilən obyektə dair tələbləri müəyyən etmək;
- Layihə-smeta sənədlərinin işlənib hazırlanması və rəsmiləşdirilməsi üzrə standartlar, Texniki şərtlər və digər rəhbər materiallar haqqında geniş məlumata sahib olmaq;
- Yaşayış binalarının eskiz və işçi layihələrini hazırlamaq;
- Tikinti-quraşdırma işlərinin həcminin texniki-iqtisadi əsaslandırılmasına və hesablamaların tərtib edilməsinə, tikinti smeta dəyərini, tikintiyə lazım olan materialların, məmulatın və avadanlığın tərkibinin və miqdarının təyin edilməsinə rəhbərlik etmək;
- Tədqiqat-axtarış işlərinin aparılmasında, layihə həllinin iqtisadi cəhətdən səmərəliliyinin təcrübədə yoxlanılmasında iştirak etmək;
- Layihələndirilmiş obyektlərin tikintisinə müəllif nəzarəti həyata keçirmək, istifadə olunan tikinti materiallarının, konstruksiyaların, layihə üzrə təsdiq olunmuş məmulatların standartlara və tikintidə texniki şərtlərə uyğunluğuna nəzarət etmək;
- Müxtəlif obyektlər üçün kompleks layihələrin memarlıq hissəsini (bölməsi) işləyib hazırlamaq;
- Layihə təkliflərinin və şəhər, müəssisə, bina və qurğuların baş planlarının işlənib hazırlanması, müvafiq orqanlarla nəzərdə tutulmuş layihə həlli və tikintinin yerinə yetirilmə şərtlərini razılaşdırmaq və müdafiəsində iştirak etmək;
- Subpodrat təşkilatlara texniki tapşırıqları işləyib hazırlamaq və tapşırılmış işin icrası üçün onları lazımı məlumatlarla təmin etmək.
Tələblər:
- Memarlıq üzrə ali təhsil;
- Müvafiq sahədə azı 10 il iş təcrübəsi;
- Yaş həddi: 35-50;
- Komandada işləmə bacarığı;
- Məsuliyyət və punktuallıq;
- Təşkilatçılıq bacarığı;
- Analitik və yaradıcı düşüncə;
- Kompüter bilikləri – MS Office, 3ds Max, AutoCAD, ArchiCAD, Revit və s;
- Azrəbaycan dili-mükəmməl, rus və ingilis dili biliyi-üstünlükdür.
İş şəraiti:
- Əmək haqqı razılaşma əsasında təyin ediləcək;
- Korporativ nömrə ilə təmin olunma;
- İş rejimi: 6 günlük (şənbə qısa iş günü);
- Nahar təminatı;
- İş yeri: Bakı şəhəri
Xüsusi tələblər:
Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçtuna göndərə bilər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur.
Qeyd: yalnız azərbaycan dilində göndərilən CV-lər dəyərləndiriləcək.