Vəzifə öhdəlikləri:
- Sahədə tikinti-quraşdırma işlərinin texnoloji ardıcıllıqla aparılmasını təmin edir;
- Tikinti-quraşdırma işlərinin icrasını layihə sənədlərinə, tikinti norma və qaydalarına, texnik şərtlərə, əmək proseslərinin xəritələrinə və digər normativ sənədlərə uyğun təşkil edir;
- Obyektdə anbar təsərrüfatı və maddi sərvətlərin qorunması üzrə iş aparır;
- Sahə rəisinin tapşırığı əsasında tikintidə istifadə olunacaq tikinti materiallarının sifarişini edir, mütəmadi anbar qalığını yoxlayır;
- Görülmüş işlərin uçotunu və gündəlik davamiyyəti aparır, texniki sənədləşməni tərtib edərək müvafiq şöbəyə təqdim edir;
- İş icraçıları üçün tikinti quraşdırma işlərinin həcmi üzrə istehsalat tapşırıqlarını müəyyən etməklə onların yerinə yetirilməsinə nəzarət edir;
- Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirir.
İş şəraiti:
- Əmək haqqı namizədin bilik və təcrübəsinə əsasən (800 – 1200 AZN) təyin ediləcək;
- Yaşayış, qidalanma, yol xərcləri və korporativ nömrə ilə təmin olunma;
- İş yeri: Şuşa şəhəri (gələcəkdə rotasiya oluna bilər).
Tələblər:
- Mühəndis ixtisası üzrə ali təhsil;
- Yaş həddi 25-40 yaş;
- İş təcrübəsi – azı 1(bir) il;
- MS Office və Autocad proqramında sərbəst işləmə bacarığı;
- Məsuliyyət və punktuallıq;
- Komandada işləmə bacarığı.
Xüsusi tələblər:
Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını qeyd edilmiş elektron poçt ünvanına göndərə bilər. Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur.
Qeyd: Yalnız azərbaycan dilində göndərilən CV-lər dəyərləndiriləcək.