Namizədə olan tələblər:
- İnşaat mühəndisliyi üzrə ali təhsil.
- Bina inşaatı sahəsində (dəmir-beton konstruksiyalar, monolit tikinti) əməliyyat təcrübəsi.
Vəzifə öhdəlikləri
- Beton işləri üzrə biliklər: Beton tökezmə prosesləri, temperatur rejimləri, qəlib sistemləri, betonun keyfiyyət yoxlamaları (slamp test və s.) və monolitik konstruksiyaların inşası texnologiyasına bələd olmaq.
- Armatur işləri üzrə biliklər: Layihə cizgilərinə əsasən armatur sərfiyyatının hesablanması, diametrlərin uyğunluğu, quraşdırma qaydaları, örtük qatı (cover) və tikinti normalarına ciddi riayət olunmasını təmin etmək.
- Layihə sənədləri, İstehsalat İcra Metodları (Method Statement) və texniki şərtlərlə sərbəst işləmək bacarığı.
- Sahədə keyfiyyətə nəzarət (QA/QC), texniki təhlükəsizlik (HSE) qaydalarına riayət olunması və gündəlik/həftəlik işlərin idarə edilməsi.
- AutoCAD, MS Office proqramlarında işləmək bacarığı, güclü ünsiyyət və komanda idarəçiliyi keyfiyyətləri.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.