G Gym Management Company

Fly Yoga məşqçisi (Aerial Yoga Instructor)

Fly Yoga məşqçisi (Aerial Yoga Instructor)

  • Deadline 27 December 2026

Vəzifə öhdəlikləri

·      Müxtəlif hazırlıq səviyyələrinə uyğun Fly Yoga üzrə fərdi və qrup dərslərinin keçirilməsi;

·      Hamaka daxilolma və çıxma, tarazlıq, dartınma və nəfəsalma texnikalarının öyrədilməsi;

·      Dərsdən əvvəl hamakların və bərkidici elementlərin vizual yoxlanılması, nasazlıqların bildirilməsi;

·      Hərəkətlərin, o cümlədən inversiyaların təhlükəsiz icrasına nəzarət və zəruri dəstəyin göstərilməsi;

·      İştirakçıların hazırlıq səviyyəsi və əks göstərişlər nəzərə alınmaqla hərəkətlərin uyğunlaşdırılması;

·      Müştərilərin inkişafının izlənilməsi və motivasiyasının dəstəklənməsi.

Namizədə tələblər

·      Fly Yoga (Aerial Yoga) üzrə praktiki məşqçilik təcrübəsi;

·      Anatomiya, elastiklik, tarazlıq, təhlükəsizlik və əks göstərişlər üzrə biliklər;

·      Fly Yoga üzrə müvafiq sertifikatın olması üstünlükdür;

·      Yüksək ünsiyyət və motivasiya bacarığı;

·      Məsuliyyətlilik, pozitiv yanaşma və komandada işləmək bacarığı;

·      Azərbaycan dili biliyi; rus və/və ya ingilis dili biliyi üstünlükdür.

Biz təklif edirik

·      Peşəkar və dinamik iş mühiti;

·      Peşəkar inkişaf və təlim imkanları;

·      Stabil və uzunmüddətli əməkdaşlıq;

·      Namizədin təcrübə və bacarıqlarına uyğun əməkhaqqı.

İş şərtləri

İş qrafiki: Həftədə 6 gün, 13:00–21:00

İş yeri: Aqua Wellness Club, Bakı, 28 May, Rəşid Behbudov küçəsi 55

  • Daily5
  • Weekly482
  • Monthly1946