Sayklinq məşqçisi (Indoor Cycling Instructor)

  • Истекает 27 декабрь 2026

Vəzifə öhdəlikləri

·      Stasionar velosipedlərdə müxtəlif hazırlıq səviyyələrinə uyğun qrup məşqlərinin keçirilməsi;

·      Məşqin isinmə, əsas yük və soyuma mərhələlərinin planlaşdırılması;

·      Velosipedlərin oturacaq və sükan parametrlərinin iştirakçılara uyğun tənzimlənməsinə kömək edilməsi;

·      Düzgün pedal çevirmə texnikası, müqavimət və məşq intensivliyinə nəzarət;

·      Musiqi və motivasiya üsullarından istifadə etməklə dinamik məşq mühitinin yaradılması;

·      Avadanlığın dərsdən əvvəl yoxlanılması və təhlükəsizlik qaydalarına riayət edilməsinə nəzarət.

Namizədə tələblər

·      Indoor Cycling və ya qrup kardio məşqləri üzrə müvafiq təcrübə;

·      Məşq fiziologiyası, kardio yüklənmə, intensivliyin idarə edilməsi və təhlükəsizlik üzrə biliklər;

·      Indoor Cycling üzrə müvafiq sertifikatın olması üstünlükdür;

·      Yüksək ünsiyyət və motivasiya bacarığı;

·      Məsuliyyətlilik, pozitiv yanaşma və komandada işləmək bacarığı;

·      Azərbaycan dili biliyi; rus və/və ya ingilis dili biliyi üstünlükdür.

Biz təklif edirik

·      Peşəkar və dinamik iş mühiti;

·      Peşəkar inkişaf və təlim imkanları;

·      Stabil və uzunmüddətli əməkdaşlıq;

·      Namizədin təcrübə və bacarıqlarına uyğun əməkhaqqı.

İş şərtləri

İş qrafiki: Həftədə 6 gün, 13:00–21:00

İş yeri: Aqua Wellness Club, Bakı, 28 May, Rəşid Behbudov küçəsi 55

  • Daily0
  • Weekly477
  • Monthly1941